SON XƏBƏRLƏR

Putin, Kuşner və Uitkoff görüşündən sonra yeni açıqlama

2026.09.13, 11:00
Putin, Kuşner və Uitkoff görüşündən sonra yeni açıqlama

Kuşner: Ukrayna münaqişəsinin həlli üçün yaxın həftələrdə yeni addımlar açıqlana bilər.

Gunaz.tv

GünAz TV-nin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Jared Kuşner Ukrayna münaqişəsinin həlli istiqamətində yaxın həftələrdə yeni addımların elan ediləcəyinə ümid etdiyini bildirib.

Kuşner “Yalta Avropa Strategiyası” konfransında deyib: “Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində növbəti addımların nədən ibarət olduğunu açıqlaya biləcəyik və ümid edirəm ki, bu tədbirlər bizi irəli aparacaq.”

ABŞ prezidentinin xüsusi nümayəndələri Jared Kuşner və Stiv Uitkoff sentyabrın 5-də Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Onlar növbəti gün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.

Vaşinqton Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik səylərini davam etdirir.

 

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar