SON XƏBƏRLƏR

İranda Yanvar etirazlarında 4200-dən çox ölüm; 420 qadın və 281 uşaq

2026.09.17, 17:35
İranda Yanvar etirazlarında 4200-dən çox ölüm; 420 qadın və 281 uşaq

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı son hesabatında 1404-cü ilin Yanvar etirazlarında həyatını itirən 4200-dən çox şəxsin siyahısını yayıb. Təşkilat bu rəqəmin sənədləşdirə bildiyi qurbanların minimum sayı olduğunu bildirir.

Hesabata görə, ölənlər arasında ən azı 420 qadın və 18 yaşdan aşağı 281 uşaq müəyyən edilib.

Ölüm tarixi dəqiq müəyyən edilən 3356 nəfər, yəni 91 faiz, yalnız Yanvarın 18 və 19-da həyatını itirib. Bu hallar İranın 31 vilayətindən 30-da qeydə alınıb.

İran İnsan Haqları Təşkilatı həmçinin bildirib ki, indiyədək Yanvar etirazları ilə bağlı ən azı 29 etirazçı edam edilib və edama məhkum edilmiş 100 etirazçının kimliyi müəyyənləşdirilib.

Təşkilat adların toplanması və yoxlanılması prosesinin davam etdiyini vurğulayıb.

İran hökuməti daha əvvəl Yanvar etirazlarında ölənlərin sayının 3117 nəfər olduğunu açıqlamışdı.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar