SON XƏBƏRLƏR

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

2026.09.18, 13:02
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

Hörmüz boğazından keçən tanker naməlum mərmi ilə vurulub. Hadisə nəticəsində gəmidə yanğın baş verib, lakin yanğın sonradan söndürülüb.

Gunaz.tv

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, gəminin bütün ekipaj üzvləri təhlükəsizlikdədir. Hadisənin ətraf mühitə hər hansı təsirinin olub-olmadığı isə hələlik təsdiqlənməyib.

Hadisə barədə məlumatı gəminin təhlükəsizlik üzrə məsul şəxsi təqdim edib. Verilən məlumatlarda hücumun və ya mərmi atəşinin kim tərəfindən həyata keçirildiyi bildirilməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar