SON XƏBƏRLƏR

Tehran imamı ali rəhbərin şərtləri yerinə yetirilməyənədək danışıqlar olmayacaq

2026.09.18, 15:31
Tehran imamı ali rəhbərin şərtləri yerinə yetirilməyənədək danışıqlar olmayacaq

Tehranın cümə imamı Məhəmməd Cavad Hacı-Əli Əkbəri cümə xütbəsində bildirib ki, İran İslam Respublikasının ali rəhbərinin irəli sürdüyü bütün şərtlər yerinə yetirilməyənədək danışıqlar aparılmayacaq.

Gunaz.tv

“Düşmən danışıqlar üçün yalvarır və vasitəçilər göndərir”, — deyə Hacı-Əli Əkbəri iddia edib. O, hansı şərtlərdən və hansı vasitəçilərdən söhbət getdiyini açıqlamayıb.

Hacı-Əli Əkbəri həmçinin Hörmüz boğazından keçidin İranın icazəsindən asılı olduğunu iddia edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar