SON XƏBƏRLƏR

Rzai: İran Trampın cavabını gözləyir

2026.09.20, 10:33
Rzai: İran Trampın cavabını gözləyir

Gunaz.tv

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Tehranın müharibənin dayandırılması üçün irəli sürdüyü şərtlərin Qətər və Pakistan vasitəçiləri kanalı ilə Vaşinqtona çatdırıldığını və İranın ABŞ Prezidenti Donald Trampın cavabını gözlədiyini bildirib.

Rzai “Əl-Cəzirə” telekanalına müsahibəsində müharibənin bütün cəbhələrdə dayandırılmasını, İranın bloklanmış aktivlərinin azad edilməsini və dəniz blokadasına son qoyulmasını Tehranın əsas şərtləri kimi açıqlayıb.

O, həmçinin İranın mümkün ABŞ hücumlarına qarşı hazır olduğunu və İrana hücum ediləcəyi təqdirdə bölgədəki ABŞ bazaları və maraqlarının daha ağır hücumlarla üzləşəcəyini bildirib.

Rzai İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması ehtimalı ilə bağlı isə bildirib ki, Tehran hələlik bu istiqamətdə qərar qəbul etməyib. Onun sözlərinə görə, ABŞ və İsrailin atacağı addımlar İranın gələcək qərarına təsir göstərə bilər.

İran rəsmisi həmçinin ölkəsinin nüvə doktrinasını hələlik dəyişmədiyini vurğulayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar