SON XƏBƏRLƏR

İsrailin BMT nümayəndəsi: İran yenidən hücum edərsə, İsrail ona sərt zərbə vuracaq

2026.09.21, 11:46
İsrailin BMT nümayəndəsi: İran yenidən hücum edərsə, İsrail ona sərt zərbə vuracaq

İsrail İranın yenidən hücum edəcəyi təqdirdə buna sərt cavab verəcəyini və ABŞ-ın razılığını gözləməyəcəyini bildirib.

Gunaz.tv

İsrailin BMT-dəki səfiri Denni Danon bunu bazar günü "Newsmax" telekanalına açıqlamasında deyib.

“Əgər İran yenidən İsrailə hücum etmək səhvinə yol verərsə, biz heç kimi gözləməyəcəyik. Cavab verəcəyik və onlara ağır zərbə vuracağıq”, – Danon “Sunday Report” proqramında bildirib.

Danon qeyd edib ki, İsrail ABŞ-la sıx koordinasiya şəraitində fəaliyyət göstərir. Bununla yanaşı, onun sözlərinə görə, İranla bağlı istənilən razılaşma Tehranın nüvə imkanları əldə etməsinin qarşısını almalı, ballistik raket proqramını məhdudlaşdırmalı və İranın müttəfiq silahlı qruplara dəstəyinə son qoymalıdır.

O, həmçinin Hörmüz boğazı və Bab əl-Məndəb boğazı ətrafında yaranan problemlərə diqqət çəkərək, İranın addımlarının daha geniş qlobal iqtisadiyyata təsir göstərdiyini bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar