SON XƏBƏRLƏR

Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir

2026.09.23, 11:21
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir

Amerika prezidenti Donald Tramp xəbərdarlıq edib ki, İran “milli dövlət kimi mövcudluğunu qorumaq” imkanını itirə bilər.

Gunaz.tv

Tramp həmçinin Fordo yaxınlığındakı Külüng Dağı ərazisində fəaliyyətin bərpa olunacağı təqdirdə ABŞ-ın oraya zərbə endirə biləcəyini deyib.

“Biz İranı maliyyə baxımından tamamilə təcrid edirik və təzyiqi artırırıq. Ümid edirəm ki, çox gec olmadan, tezliklə düzgün addımı atacaqlar”, – Tramp BMT Baş Assambleyasının iclasları çərçivəsində Ərəb körfəzi ərəb ölkələri və region liderləri ilə görüşündə bildirib.

“Bir vaxt gələcək ki, artıq çox gec olacaq və biz onların milli dövlət kimi mövcudluğunu qorumasına imkan verə bilməyəcəyik. Mən bunu görmək istəməzdim”, – o əlavə edib.

Tramp həmçinin Natanz yaxınlığındakı Külüng Dağı ərazisinə toxunaraq deyib: “Orada yenidən fəaliyyət görsək, daha bir obyekti partlatmalı ola bilərik. Külüng Dağı ... əgər fəaliyyət görsək, onu dərhal məhv edəcəyik.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar