SON XƏBƏRLƏR

SİA İsrailə dedi: Bu iranlı məmurları öldürməyin!

2026.10.07, 19:33
SİA İsrailə dedi: Bu iranlı məmurları öldürməyin!

ABŞ İranın gələcəyi üçün seçim hazırlayır?

Gunaz.tv

İsrailin “Kanal 14” telekanalının məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (SİA) İsrailə İranın 5-10 yüksək vəzifəli məmurunun adının yer aldığı məxfi siyahı təqdim edib və onların sui-qəsd hədəfi olmamasını istəyib.

Məlumata görə, Vaşinqton bu şəxslərdən bəzilərinin İranın gələcək siyasi strukturunda mühüm rol oynaya biləcəyini düşünür.

“Kanal 14” iddia edir ki, bu siyahının İsrailə ötürülməsi ABŞ-ın İran hakimiyyəti daxilində mümkün siyasi dəyişikliklərdən sonrakı dövr üçün müəyyən şəxsləri nəzərdən keçirdiyini göstərə bilər.

Başqa sözlə, siyahıda olmayan bəzi İran rəsmilərinin taleyi daha fərqli ola bilər.

ABŞ hökuməti isə bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar