SON XƏBƏRLƏR

Azərbay­canda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

2026.10.16, 20:26
Azərbay­canda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, Türkiyə vətəndaşı, «Şanlıurfa Olay» qəzetinin köşə yazarı Cəlal Çiftçi Azərbaycanda çevrilişə çağırış etmək və dini nifrəti qızışdırmaq ittihamları ilə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində təqib olunur və beynəlxalq axtarışa verilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun məlumatına əsasən, Cəlal Çiftçi (1975-ci il təvəllüdlü) və bir neçə digər şəxs sosial şəbəkələrdə çevrilişə, hakimiyyətin zorla ələ keçirilməsinə, dini nifrət və düşmənçiliyin yaradılmasına çağırışlar olan paylaşımlar yayıblar. Azərbaycan hökumətinin 21 sentyabr 2026-cı il tarixli qərarından sonra bu cür məzmunların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların yenidən yayımlanması halları aşkar edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu 16 oktyabr 2026-cı il tarixində Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi açıb. Hazırda istintaq davam edir. Baş Prokurorluq Cəlal Çiftçi və digər şəxslərlə bağlı zəruri istintaq tədbirlərinin həyata keçirilməsi üçün Türkiyənin səlahiyyətli orqanlarından beynəlxalq hüquqi yardım istəyib.

Baş Prokurorluq əhalini dini nifrəti qızışdıran məzmunların yayılmasından çəkinməyə və sosial şəbəkələrdə məsuliyyətli davranmağa çağırıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar