SON XƏBƏRLƏR

Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək

2026.10.22, 10:59
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü NewsNation telekanalına müsahibəsində İranla danışıqların müəyyən dərəcədə davam etdiyini və yaxın vaxtlarda “bu və ya digər şəkildə” nəticənin əldə olunacağını bildirib.

Gunaz.tv

İranla danışıqların davam edib-etmədiyi barədə suala cavab verən Tramp deyib: “çox az, amma görək nə baş verəcək”.

Tehranla danışıqları başa çatdırıb-çatdırmadığı barədə suala isə Tramp belə cavab verib: “Xeyr, məncə, biz artıq danışıqlar aparmırıq — bu və ya digər şəkildə bir nəticəyə gələcəyik. Bu, kifayət qədər tez baş verəcək”.

“Əksər insanlar bunun seçkilərdən sonraya qalacağını düşünürlər və biz görəcəyik nə baş verəcək”, – deyə o əlavə edib.

Tramp, həmçinin ABŞ-ın İrana qarşı hərbi və maliyyə baxımından “çox yaxşı nəticələr əldə etdiyini” bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar