SON XƏBƏRLƏR

ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər

2026.10.22, 11:11
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər

ABŞ Yaxın Şərqdə yerləşdirdiyi hərbi dəniz qüvvələrinin sayını artırmağa hazırlaşır.

Gunaz.tv

“The Wall Street Journal” qəzetinin mənbələrə istinadən məlumatına görə, regiondakı ABŞ hərbi gəmilərinin ümumi sayı 24-ü keçə bilər.

Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcı zərbə qrupu fəaliyyət göstərir. Onların tərkibində ümumilikdə 20-yə yaxın döyüş gəmisi var.

Nəşr bildirir ki, “Theodore Roosevelt” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər də bölgəyə gəldikdən sonra mövcud qüvvələr regionda qalarsa, ABŞ-nin hərbi gəmi sayı iyirmi dördü keçəcək.

Mənbələrin sözlərinə görə, ABŞ hərbçiləri İrana qarşı yeni zərbələrin endirilməsi planları üzərində işləyirlər. Oktyabrın 19-da isə İsrail Pentaqon rəhbərinə mümkün hücumlar üçün bir neçə hədəf təqdim edib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək İrana hücum etməyi planlaşdırmır.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar