ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqqott X sosial şəbəkəsində yazıb: “Livanla bağlı ABŞ-Türkiyə təklifi mövcud deyil. Həmçinin, Taif sazişləri ilə müəyyən edilmiş Livan siyasi quruluşunun dəyişdirilməsinə yönələn ABŞ-ın dəstəklədiyi hər hansı təklif də yoxdur”.
Piqqott bildirib ki, Vaşinqton Livan və İsraillə birlikdə Üçtərəfli Çərçivə üzərində işləməyə sadiqdir. Bu çərçivənin əsas məqsədlərinə İranın dəstəklədiyi Hizbullahın tərksilah olunması, hər iki ölkə üçün uzunmüddətli təhlükəsizliyin təmin edilməsi və suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc münasibətlərin qurulması daxildir.
“Bu məqsədlərə nail olmaq üçün beynəlxalq tərəfdaşlarımızın dəstəyini alqışlayırıq”, – deyə Piqqott bildirib.
C