SON XƏBƏRLƏR

Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib

2026.10.23, 19:33
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament qrupunun iclasında milli qırıcı təyyarə KAAN-ın təsviri olan qalstukla iştirak edib.

Mavi çalarlarında hazırlanmış qalstukun üzərində KAAN qırıcısının təsviri yer alıb. Ərdoğanın bu seçimi Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə və milli aviasiya layihələrinə diqqət çəkən detallardan biri olub.

Türkiyə mediasının məlumatına görə, sözügedən qalstuk daha əvvəl Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən Prezident Ərdoğana hədiyyə edilib.

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar