SON XƏBƏRLƏR

Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb

2026.10.23, 20:36
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb

Gunaz.tv

Yaxın Şərqdə gərginliyin davam etməsi və ABŞ-ın İsraillə birlikdə İrana mümkün hücumu barədə yayılan məlumatlar fonunda dünya bazarında neftin qiyməti oktyabrın 23-də, cümə günü bir barel üçün 114 dollar həddini keçərək son beş ayın ən yüksək səviyyəsinə yüksəlib.

Avropa bazarlarında Brent markalı neftin bir bareli əvvəlki günlə müqayisədə 1 faizdən çox bahalaşaraq 114 dollar 50 sentə çatıb. Bu, may ayından bəri qeydə alınan ən yüksək qiymətdir.

Ekspertlər neft qiymətlərinin artmasının əsas səbəbləri arasında İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarını və ABŞ-da aralıq seçkilərdən sonra İsrail və ABŞ-ın İrana qarşı yeni hücumlar həyata keçirə biləcəyi barədə ehtimalların güclənməsini göstərirlər.

Eyni zamanda, Avropada təbii qazın qiyməti də cümə günü daha 4 faiz artıb. Bununla da qazın qiymətində cari ay ərzində ümumi artım təxminən 30 faizə çatıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar