SON XƏBƏRLƏR

İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu

2026.10.24, 23:12
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu

Gunaz.tv

Səudiyyə Ərəbistanının Mülki Müdafiə qurumu iki ballistik raketin Səudiyyə rəsmilərinin bildirdiyinə görə, İranın dəstəklədiyi husilər tərəfindən Məkkə və Mədinə istiqamətində buraxıldığını və uğurla ələ keçirilərək məhv edildiyini açıqlayıb. Əməliyyat nəticəsində raketlərin qalıqları və qəlpələri bir neçə əraziyə düşüb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə qurumunun məlumatına görə, raket qalıqlarının bir hissəsi Məkkə şəhərindəki «Vadi əl-Muğəms» ərazisinə düşüb. Həmçinin Ciddə şəhərinin «ən-Nüzəh» məhəlləsində, Taifdəki «Vadi Cəlil» ərazisində və Rabığ vilayətinin «Mastura» bölgəsində raket qəlpələrinin düşdüyü bildirilib.

İslam dünyasının iki müqəddəs şəhəri olan Məkkə və Mədinə istiqamətində raketlərin buraxılması xüsusi həssaslıq doğurur və regional gərginliyin genişlənməsi, eləcə də müqəddəs məkanların təhlükəsizliyinin risk altına düşməsi ilə bağlı narahatlıqları artıra bilər.

Yəməndəki husilər İran İslam Respublikasının dəstəyindən yararlanırlar. Səudiyyə rəsmiləri raket qalıqlarının düşdüyü ərazilərdə hadisənin nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görüldüyünü bildiriblər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar