SON XƏBƏRLƏR

“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb

2026.10.25, 11:59
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb

Gunaz.tv

ABŞ-ın “The Hill” nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ ordusu noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana yenidən zərbə endirmək üçün bir neçə variant hazırlayıb.

Şənbə günü, oktyabrın 24-də yayımlanan xəbərə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə qarşı əlavə hücum planları hazırlayıb. Mənbələrdən biri bildirib ki, prezidentin icazəsi veriləcəyi təqdirdə bu planlar həyata keçirilə bilər.

Digər bir mənbə isə mümkün əməliyyat variantlarının ABŞ-ın müharibə naziri Pit Heqsetin nəzərdən keçirməsi üçün hazırlandığını təsdiqləyib. Mənbənin sözlərinə görə, Donald Tramp qərar verməzdən əvvəl bütün variantları açıq saxlamaq istəyir.

Pentaqon rəsmisi “The Hill”ə açıqlamasında bildirib ki, Müharibə Nazirliyinin vəzifəsi hərbi variantları hazırlamaq və prezidentə təqdim etməkdir. O, mümkün ssenarilər və gələcək əməliyyatlar barədə fərziyyə yürütməyəcəklərini vurğulayıb. CENTCOM isə nəşrin şərh sorğusuna cavab verməyib.

Bu məlumat “The Atlantic” nəşrinin cümə axşamı, oktyabrın 22-də ABŞ administrasiyasının Konqres seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirdiyi barədə yaydığı xəbərdən sonra dərc olunub.

“The Atlantic”in məlumatına görə, mümkün əməliyyat İranın nüvə obyektlərinə, raket və pilotsuz uçuş aparatı imkanlarına, eləcə də enerji infrastrukturuna qarşı bir neçə gün davam edən hücumları əhatə edə bilər.

Bu xəbərlər Pit Heqsetin İsrailə səfərindən sonra yayılıb. O, bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüş əvvəlcədən elan edilməyib və müzakirələrin detalları açıqlanmayıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar