SON XƏBƏRLƏR

Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP

2026.10.27, 11:16
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP

Küveytdə məhkəmə bazar ertəsi Baş nazir müavininə sui-qəsd hazırlamaq, İranla əməkdaşlıq etmək və “Hizbullah” terror təşkilatına üzv olmaq ittihamları ilə üç nəfəri edam cəzasına məhkum edib.

Gunaz.tv

Bu barədə AFP agentliyi iki məhkəmə mənbəsinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, cinayət məhkəməsi dini xadim və Milli İslam Alyansının baş katibi Hüseyn Abdullah əl-Maatuqu, eləcə də digər iki təqsirləndirilən şəxsi ölüm cəzasına məhkum edib.

Məlumata əsasən, digər təqsirləndirilən şəxslərdən biri 2016-cı ildə terrorçuluq ittihamı ilə məhkum edilib, daha sonra Küveyt əmiri tərəfindən əfv olunub. O, aprel ayında yenidən həbs edilib.

Üç nəfər Küveytin milli maraqlarına zərər vurmaqda, İranla əməkdaşlıq etməkdə, Baş nazir müavini və daxili işlər nazirinə qarşı sui-qəsd planlaşdırmaqda, həmçinin Küveytin də terror təşkilatı hesab etdiyi “Hizbullah”a üzv olmaqda ittiham olunublar.

Məhkəmə mənbələrinin sözlərinə görə, eyni iş üzrə mühakimə olunan digər 11 nəfər isə beş il müddətinə ağır fiziki əmək cəzasına məhkum edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar