SON XƏBƏRLƏR

İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb

2026.10.27, 11:46
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb

Məkkə paktı ölkələrinin nümayəndələrinin İran rəsmiləri ilə Tehranda baş tutan görüşündən öncə zalda dinləmə cihazı tapılıb.

Gunaz.tv

Bu barədə Pakistanlı jurnalist Qaridə Faruqi öz mənbələrinə istinadən məlumat yayıb.

"Mənbələrin məlumatına görə, Tehranda keçirilən Dördtərəfli görüş başlamazdan əvvəl protokola uyğun olaraq zalda təhlükəsizlik yoxlaması aparılıb. Pakistan və Türkiyə kəşfiyyat qruplarının həyata keçirdiyi yoxlama zamanı şübhəli səs yazma cihazı və naməlum texniki qurğu aşkar edilib. Dinləmə cihazı zaldan çıxarılıb. Daha sonra zalda tam təhlükəsizlik təmin olunub və Dördtərəfli görüş başlayıb." - deyə o bildirib.

Qeyd edək ki, görüşdə Pakistan Silahlı Qüvvələrinin Qərargah rəisi və Müdafiə Naziri Asim Munir, Səudiyyə Ərəbistanının Müdafiə Naziri Xalid bin Salman, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, İranın prezidenti Məsud Pezeşkian və Xarici İşlər Naziri Abbas Əraqçi iştirak ediblər. 

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar