SON XƏBƏRLƏR

İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)

2026.10.27, 21:25
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)

Gunaz.tv

Yayılan məlumatlara və videolara əsasən, iraqlı etirazçılar oktyabrın 25-də, bazar günü, Bağdadda və İraqın cənubundakı bir sıra şəhərlərdə, o cümlədən Nasiriyyə, Nəcəf və Kərbəlada İran hökumətinin və İranın terrorçu və silahlı qruplaşmalarının nüfuzuna qarşı şüarlar səsləndiriblər.

Bu mitinqlər İraqda 2019-cu ilin oktyabr etirazlarının, “Tişrin inqilabı” kimi tanınan hərəkatın ildönümü ilə eyni vaxta təsadüf edib. Məlumatlara görə, etirazlarda səsləndirilən ərəb dilində şüarlardan biri belə olub: “إيران لمي جلابج، هاذ الشعب ميهابج”. Bu ifadə Azərbaycan dilinə “İran, itlərini geri çək; bu xalq səndən qorxmur” kimi tərcümə olunur.

Etirazçılar bu şüarda “itlər” dedikdə İraqda İrana bağlı qrupları və qüvvələri nəzərdə tuturlar.

İrana və ona bağlı qruplara ünvanlanan bu şüar iraqlı etirazçıların Tehran hakimiyyətinin ölkələrindəki siyasi və təhlükəsizlik nüfuzuna qarşı olduqlarını ifadə edir.

Tişrin etirazlarının ildönümündə bu cür şüarların yenidən səsləndirilməsi İranın nüfuzu məsələsinin İraq cəmiyyətinin bir hissəsində hələ də etirazların əsas mövzularından biri olduğunu göstərir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar