SON XƏBƏRLƏR

ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib

2026.10.28, 09:00
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra körfəz ölkələrini xəbərdar edib.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pentaqon hücuma məruz qala biləcək Yaxın Şərqdəki bazalardan amerikalı hərbçiləri təxliyə edib. Eyni zamanda, ABŞ Silahlı Qüvvələri regionda döyüş sursatı ehtiyatlarını artırır, bombardmançı təyyarələr və qırıcılar isə mümkün zərbələrə hazır vəziyyətə gətirilir.

Qəzetin mənbələri bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar verməyib. Bununla belə, onun seçkilərdən sonra genişmiqyaslı hücumun keçirilməsinə meyilli olduğu iddia edilir.

Məlumata görə, mümkün zərbələrin hədəfləri arasında İranın infrastruktur obyektləri və nüvə obyektləri də ola bilər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar