SON XƏBƏRLƏR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

2026.10.28, 11:07
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

ABŞ Prezidenti Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə Amerika Silahlı Qüvvələri 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.

Gunaz.tv

CNN telekanalının məlumatına görə, bu barədə iki amerikalı rəsmi bildirib.

Mənbələrin sözlərinə əsasən, ABŞ artıq mümkün hücumları həyata keçirmək üçün Yaxın Şərq regionunda kifayət qədər hərbi qüvvə yerləşdirib.

Bildirilir ki, planlaşdırılan əməliyyatların miqyası əvvəlki məhdud zərbələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Belə ki, ABŞ ordusu bu dəfə yalnız İranın radar sistemlərini, raket buraxılış qurğularını və qısa müddətdə bərpa oluna bilən digər hərbi obyektlərini hədəfə almaqla kifayətlənməyə bilər.

“Bu, böyük əməliyyat olacaq”, – deyə amerikalı rəsmilərdən biri CNN-ə bildirib.

Məlumata görə, hazırkı və keçmiş ABŞ rəsmilərinin bir qismi Trampın hərbi əməliyyatlara başlamaq barədə əmr verməsini yalnız zaman məsələsi hesab edir.

Onların fikrincə, belə bir qərar ilin sonunadək istənilən vaxt verilə bilər. Bununla belə, mümkün əməliyyatların ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra başlanacağı ehtimal edilir.

 ABŞ Mərkəzi Komandanlığı və Pentaqon mümkün hücumlar üçün geniş hədəf siyahısı hazırlayır.

Mənbələrin məlumatına görə, həmin siyahıya İranın enerji infrastrukturu, hərbi obyektləri və nüvə müəssisələri daxildir.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar