SON XƏBƏRLƏR

ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib

2026.10.28, 11:13
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib

ABŞ hərbi gəmiləri İranın onların yüzlərlə kilometr uzaqlaşması barədə bəyanatlarına baxmayaraq, Hörmüz boğazında və ətraf sularda tapşırıqları yerinə yetirməyə davam edir.

Gunaz.tv

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Yaxın Şərqdə yerləşdirilən ABŞ qüvvələri Hörmüz boğazında və ətraf sularda mövcudluğunu qoruyur və ayıq-sayıqlığını davam etdirir. Bunu ötən həftəsonu CENTCOM-un komandanı da təsdiqləyib", - bəyanatda bildirilib.

Komandanlıq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanının ABŞ hərbçilərinin Hörmüz boğazını tərk edərək yüzlərlə kilometr uzaqlaşması barədə iddialarını həqiqətə uyğun olmayan məlumatlar adlandırıb.

"Bu beynəlxalq su yoluna nəzarəti İran deyil, ABŞ Silahlı Qüvvələri və onların regional tərəfdaşları həyata keçirir", - CENTCOM vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar