SON XƏBƏRLƏR

Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb

2026.10.28, 13:03
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərindən olan sosial media fəalı və Urmiya universitetinin tələbəsi Günəş Fateh müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Onun 6 milyard tümən girov qarşılığında məhkəməyə qədər azad edildiyi bildirilib.

Günəş Fatehi sentyabrın sonlarında Kəşfiyyat Nazirliyinin əməkdaşları həbs edərək Sulduzda istintaq təcridxanasına, bir neçə gün sonra isə Urmiya şəhərinin təcridxanasına köçürürlər.

Onun sosial media kanalının admini olduğu və tənqidi paylaşımlarına görə saxlanıldığı qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar