SON XƏBƏRLƏR

ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir

2026.10.28, 17:33
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir

Gunaz.tv

Pentaqon İsrailin raketdən müdafiə imkanlarını gücləndirmək məqsədilə bu ölkəyə əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcək.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, Pentaqon “Patriot” sistemini ABŞ-ın Texas ştatından İsrailə köçürmək qərarına gəlib.

Bundan əlavə, gələn ay ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus daha bir aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndərilməsi planlaşdırılır. Həmin qrup hazırda bölgədə yerləşən ABŞ-ın təxminən 20 hərbi gəmisinə qoşulacaq.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar