SON XƏBƏRLƏR

Küveyt İran səfirini çağırıb

2026.10.28, 18:33
Küveyt İran səfirini çağırıb

Gunaz.tv

Küveyt Xarici İşlər Nazirliyi oktyabrın 28-də İran İslam Respublikasının bu ölkədəki səfiri Məhəmməd Totuncinin çağırıldığını və ona İran səfirliyinin bəyanatına etiraz olaraq nota təqdim edildiyini açıqlayıb.

Küveyt Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, İran səfirliyinin çərşənbə günü yaydığı bəyanatda Küveytin daxili işlərinə “açıq müdaxilə” edilib, ölkənin suverenliyinə və məhkəmə sisteminin müstəqilliyinə xələl gətirilib. Nazirlik bu bəyanatın beynəlxalq qanunları və qəbul olunmuş normaları pozduğunu bildirib.

Küveyt xarici işlər nazirinin müavini Həmd Süleyman əl-Məşan ölkə məhkəmələrinin çıxardığı qərarlara hər hansı müdaxiləni pisləyərək, İran İslam Respublikasını beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına riayət etməyə çağırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar