SON XƏBƏRLƏR

İranməhkəməsi daha bir "casus"u edama məhkum etdi

2026.10.30, 15:09
İranməhkəməsi daha bir "casus"u edama məhkum etdi

Müharibə dövrü həbs edilən və hazırda Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan Məhəmməd Nadiri ölüm cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

"Starlink peyk internetindən istifadə etmək, müəyyən yerlərin şəkillərini çəkmək və xarici media orqanlarına şəkillər göndərmək ona qarşı irəli sürülən ittihamlar arasındadır və onun ölüm hökmünün əsasını təşkil edir",- məlumatda bildirilib.

Qeyd olunub ki, bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 23-cü bölməsinin çıxardığı ölüm hökmünü İran Ali Məhkəməsi təsdiq edib.

Məhəmməd Nadiri bu ilin mart ayının 17-də Tehranda həbs edilib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar