SON XƏBƏRLƏR

CENTCOM: Gəldik, amma Hörmüzdə SEPAH-ı görmədik

2026.10.30, 17:30
CENTCOM: Gəldik, amma Hörmüzdə SEPAH-ı görmədik

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı: Hörmüz boğazı üzərində uçdum, SEPAH-ın izinə rast gəlmədim.

Gunaz.tv

Bred Kuper: ABŞ qüvvələri İranın dəniz minalarını gəmiçilik yollarından təmizləyib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper oktyabrın 30-da yayımlanan videoda Hörmüz boğazı üzərində uçuşu zamanı onlarla ticarət gəmisi və ABŞ hərbi texnikası gördüyünü, lakin SEPAH qüvvələrinin mövcudluğuna rast gəlmədiyini bildirib.

Kuperin sözlərinə görə, ABŞ qüvvələri İranın dəniz minalarını əsas gəmiçilik marşrutlarından təmizləyib və ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün bölgədə fəaliyyətini davam etdirir. 

O, həmçinin ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın ölkənin neft ixracına mane olduğunu iddia edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar