SON XƏBƏRLƏR

Paşinyan: Azərbaycanla sülh 400 il və daha çox davam etməlidir

2026.10.30, 18:31
Paşinyan: Azərbaycanla sülh 400 il və daha çox davam etməlidir

Gunaz.tv

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib.

Paşinyan qeyd edib ki, əsas prioriteti uzunmüddətli və dönməz sülhü təmin etməkdir. O, Azərbaycanla sülh sazişinin imzalanaraq ratifikasiya edilməsinin vacibliyini vurğulayıb.

Baş nazir bildirib ki, hazırkı dünya nizamının sarsıldığı bir dövrdə əldə olunan sülhü uzunmüddətli etmək lazımdır:

“Bizim vəzifəmiz iki illik sülhü 20 ilə, bir illik sülhü 200 ilə, 200 ili isə 400 ilə və daha çox müddətə çevirməkdir”.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar