SON XƏBƏRLƏR

İranda daha dörd etirazçı edama məhkum edildi

2026.10.31, 10:03
İranda daha dörd etirazçı edama məhkum edildi

Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi, Əmirrza Rzai, Vahid Qəhrəmani və Mehdi adlı din xadimini (soyadı məlum deyil)  edama məhkum edib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Yanvar ayında keçirilən etiraz aksiyaları zamanı saxlanılan adı çəkilən şəxslərin "İsrailin xeyrinə fəaliyyət"də ittiham olunduqları bildirilib.

Soyadı açıqlanmayan din xadimi Mehdinin isə bundan əvvəl SEPAH üzvü olduğu qeyd olunub.

Onların ötən gün Tehrandakı həbsxanadan Kərəc şəhərinin Qızılhisar həbsxanasına köçürüldüyü bildirilib.

Bununla yanaşı hazırda Tehranda həbsdə olan 21 yaşlı Ürfan İmraninin də "müharibə" ittihamına görə dar aöacından asılacağı qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar