SON XƏBƏRLƏR

Azərbaycan BƏƏ-nin BMT baş katibliyinə namizədini dəstəkləyib

2026.10.31, 16:50
Azərbaycan BƏƏ-nin BMT baş katibliyinə namizədini dəstəkləyib

Gunaz.tv

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Lana Zəki Nuseybanı BMT-nin baş katibi vəzifəsinə namizəd göstərmək təşəbbüsünü alqışlayaraq bu namizədliyə dəstəyini ifadə edib.

Nazirlik yaydığı bəyanatda BƏƏ-nin dövlət naziri Lana Zəki Nuseybanın BMT baş katibliyinə namizədliyinin irəli sürülməsini müsbət qiymətləndirib.

Türkiyə də bu vəzifəyə keçmiş xarici işlər naziri və ATƏT-in baş katibi Feridun Sinirlioğlunu öz namizədi kimi irəli sürüb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar