SON XƏBƏRLƏR

Kanada BƏƏ-nin Ərəb körfəzindəki üç ada ilə bağlı mövqeyini dəstəkləyib

2026.10.31, 19:36
Kanada BƏƏ-nin Ərəb körfəzindəki üç ada ilə bağlı mövqeyini dəstəkləyib

Gunaz.tv

Kanada hökuməti Birləşmiş Ərəb Əmirlikləri ilə birgə bəyanatında Əbu-Dabinin Ərəb körfəzində yerləşən Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı mövqeyini bir daha dəstəkləyib və İranın bu adaları “işğalına” son qoyulmasını tələb edib.

Bəyanat Kanadanın Baş naziri Mark Karni ilə Əbu-Dabinin vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Al Nəhyanın Ottavada keçirilən görüşündən sonra yayımlanıb.

Kanadanın Baş nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda iki ölkə “üç adanın işğalına” son qoyulmasını istəyib və mövcud vəziyyəti BƏƏ-nin suverenliyinə və BMT Nizamnaməsinin prinsiplərinə zidd adlandırıb.

Kanada daha əvvəl də BƏƏ ilə birgə bəyanatında Əbu-Dabinin adalarla bağlı mövqeyini dəstəkləmişdi. Bu mövqenin yenidən təsdiqlənməsi Ottava ilə Əbu-Dabi arasında iqtisadi və müdafiə əlaqələrinin genişləndiyi bir vaxta təsadüf edir.

Əbu-Dabinin vəliəhdinin Kanadaya səfəri çərçivəsində iki ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib, ticarət, investisiya və müdafiə sahələrində əməkdaşlıq sazişləri imzalayıb.

Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində suverenlik mübahisəsi onilliklərdir İran və BƏƏ arasında davam edir. BƏƏ adaların özünə məxsus olduğunu bildirir və mübahisənin dinc və hüquqi yollarla həllini tələb edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar