SON XƏBƏRLƏR

Türkiyə ordusunun bir hərbçisi İranla sərhəddə atışma zamanı öldürülüb

2026.10.31, 22:56
Türkiyə ordusunun bir hərbçisi İranla sərhəddə atışma zamanı öldürülüb

Gunaz.tv

Türkiyənin Müdafiə Nazirliyi ölkənin Hakkari vilayətinin Yüksəkova rayonundakı Esendere sərhəd bölgəsində baş verən atışma nəticəsində bir hərbçinin həlak olduğunu açıqlayıb.

Nazirliyin bəyanatına görə, Türkiyə ordusunun hərbçisi Yusuf Sait Ünlü şənbə günü, 9 aban tarixində sərhədi keçmə hadisəsinə müdaxilə edərkən güllə yarası alıb.

Yaralı hərbçi helikopterlə Hakkari Dövlət Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Hadisə Türkiyənin Esendere sərhəd bölgəsində, İranın Sero sərhəd məntəqəsinin qarşı tərəfində baş verib.

Türkiyə Müdafiə Nazirliyi atəşin hansı şəraitdə açıldığı və hadisəni törədən şəxs və ya şəxslərin kimliyi barədə hələlik əlavə məlumat yaymayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar