SON XƏBƏRLƏR

Tramp: Daha bir-iki İran obyektini 10 dəqiqəyə məhv edə bilərik

2026.11.01, 09:01
Tramp: Daha bir-iki İran obyektini 10 dəqiqəyə məhv edə bilərik

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp şənbə günü, Floridada jurnalistlərlə söhbətində Qətərin vasitəçiliyi ilə İranla aparılan danışıqlara toxunaraq, razılaşma əldə etmək üçün tələsmədiklərini bildirib.

Tramp iddia edib ki, ABŞ İranın hərbi və nüvə potensialının böyük hissəsini məhv edib. O, “Hələ bir-iki obyektə də müdaxilə etmək lazımdır, amma bunu 10 dəqiqə ərzində edə bilərik”, – deyə bildirib.

ABŞ prezidenti yeraltı nüvə obyektlərindən biri kimi “Kuh-e Koləng”i də qeyd edərək, bu obyektlə bağlı tədbir görə biləcəklərini söyləyib.

Tramp İranın nüvə silahına heç vaxt sahib olmayacağını vurğulayıb və Tehranı etibarlı tərəfdaş hesab etmədiyini deyib. O, İranla danışıqların yaxşı getdiyini, lakin Tehranın razılaşmalardan geri çəkildiyini iddia edib.

Müharibənin bu həftə yenidən başlayıb-başlamayacağı ilə bağlı suala cavabında isə Tramp belə bir qərar versəydi, bunu əvvəlcədən jurnalistlərə açıqlamayacağını bildirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar