SON XƏBƏRLƏR

ABŞ İsraildə 90 hərbi təyyarə yerləşdirib; İrana hücum hazırlığı?

2026.11.01, 14:02
ABŞ İsraildə 90 hərbi təyyarə yerləşdirib; İrana hücum hazırlığı?

Gunaz.tv

İsrailin “Channel 14” telekanalının məlumatına görə, ABŞ ordusu İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyata hazırlıq çərçivəsində İsraildə 10 hərbi nəqliyyat və 80 havada yanacaq doldurma təyyarəsi yerləşdirib.

Telekanalın bildirdiyinə görə, son 48 saat ərzində ABŞ Yaxın Şərqdə görünməmiş miqyasda hərbi hava körpüsü yaradıb. Bununla yanaşı, ABŞ hərbi nəqliyyat təyyarələri region ölkələrinin hava hücumundan müdafiə sistemlərini gücləndirmək məqsədilə İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə də göndərilib.

ABŞ və İsrail rəsmiləri bu məlumatları hələlik təsdiqləməyiblər. “Wall Street Journal” da daha əvvəl ABŞ-ın İsrailin raketdən müdafiə imkanlarını gücləndirmək üçün Texasdan əlavə “Patriot” sistemi göndərdiyini yazmışdı.

Bu xəbərlər ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hücumların mümkünlüyü barədə məlumatların yayıldığı bir vaxta təsadüf edir. Lakin 90 təyyarənin yerləşdirilməsi və yeni hücum planı barədə məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar