SON XƏBƏRLƏR

Besent: İran neftsiz yaşaya bilməz

2026.11.01, 15:08
Besent: İran neftsiz yaşaya bilməz

Gunaz.tv

ABŞ-ın maliyyə naziri Skott Besent bildirib ki, dünya İranın nefti olmadan yaşaya bilər, lakin İran neft ixracı olmadan mövcudluğunu davam etdirə bilməz.

Besent noyabrın 1-də X sosial şəbəkəsində yazıb ki, İranın neft yükləri nəzərə alınmadıqda, Hörmüz boğazında dəniz nəqliyyatının həcmi hərbi toqquşmalar başlamazdan əvvəlki səviyyəyə qayıdıb.

ABŞ rəsmisinin bu açıqlaması Vaşinqtonun son aylarda İranın neft gəlirlərini məhdudlaşdırmaq məqsədilə iqtisadi təzyiqləri və sanksiyaları gücləndirdiyi bir vaxta təsadüf edir.

Besent daha əvvəl də bəyan etmişdi ki, ABŞ-ın “iqtisadi təcrid” siyasəti nəticəsində İranın maliyyə mənbələri daralır və Tehranın regiondakı müttəfiq qüvvələri də artan təzyiqlərlə üzləşir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar