SON XƏBƏRLƏR

Qarqaş: BƏƏ mümkün müharibənin ən pis ssenarisinə hazırdır

2026.11.01, 17:01
Qarqaş: BƏƏ mümkün müharibənin ən pis ssenarisinə hazırdır

Gunaz.tv

Birləşmiş Ərəb Əmirlikləri prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Ənvər Qarqaş İran və ABŞ-ın mövqeləri arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirib.

Qarqaşın sözlərinə görə, tərəflər arasındakı bu fərq aradan qaldırılmasa, “ən pis ssenari” ilə bağlı narahatlıq yaranmalıdır.

O, BƏƏ və digər Körfəz ölkələrinin yeni qarşıdurma istəmədiyini, diplomatik səylərin və vasitəçilik təşəbbüslərinin nəticə verməsinə ümid etdiklərini deyib. Bununla belə, Qarqaş BƏƏ-nin mümkün müharibənin ən pis ssenarisinə də hazır olduğunu vurğulayıb.

O, həmçinin Hörmüz boğazında gəmiçiliyin və enerji-ticarət axınının müharibədən əvvəlki vəziyyətə qayıtmasının vacib olduğunu və bu məsələnin müzakirə mövzusu ola bilməyəcəyini bildirib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar