SON XƏBƏRLƏR

İran və husilərə qarşı birgə müdafiə çağırışı

2026.11.01, 19:36
İran və husilərə qarşı birgə müdafiə çağırışı

Gunaz.tv

Ərəb Körfəzi Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Bədəvi İranın şuraya üzv ölkələrə, eləcə də Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib.

Əl-Bədəvi Bəhreyndə keçirilən “Manama Dialoqu” toplantısında İranın region ölkələrində mülki obyektlərə və həyati əhəmiyyətli infrastruktura hücumlarını, husilərin isə Səudiyyə Ərəbistanına, o cümlədən Məkkə və Mədinə bölgələrinə qarşı həyata keçirdiyi bildirilən hücumları müqəddəs məkanların toxunulmazlığının pozulması kimi qiymətləndirib.

O, həmçinin şuraya üzv ölkələr arasında müdafiə əməkdaşlığının gücləndirilməsinə, raket hücumları barədə erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsinə, Ərəb Körfəzində Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçilik azadlığının bərpasına çağırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar