SON XƏBƏRLƏR

Traktor AFC-yə müraciət edib

2026.11.02, 18:31
Traktor AFC-yə müraciət edib

Gunaz.tv

Güney Azərbaycanın Traktor klubu Omanda üzləşdiyi çoxsaylı səfər problemlərinə görə Asiya Futbol Konfederasiyasına (AFC) məktub göndərərək Asiya Çempionlar Liqasının elit mərhələsində ev oyunlarının keçirildiyi məkanın dəyişdirilməsini istəyib.

Ev oyunlarının təşkili üçün Omanı seçən Traktor birbaşa uçuşların olmaması və hava nəqliyyatı ilə bağlı çətinliklər səbəbindən səfərlərdə ciddi problemlərlə üzləşib.

Komandanın üzvləri əvvəlki səfərlərində İraq və Türkiyə üzərindən uzun marşrutla hərəkət etməli olublar. “Neftçi” Özbəkistanı ilə oyun üçün də komanda əvvəlcə İstanbula, oradan isə Omana uçmağa məcbur olub.

Bu çətinliklərdən sonra klub AFC-yə müraciət edərək ev oyunlarının keçirilmə yerinin dəyişdirilməsini istəyib. Traktor yeni ev sahibi şəhər kimi Tacikistanın paytaxtı Düşənbəni təklif edib.

İndi qərar AFC-nin verəcəyi cavabdan asılıdır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar