SON XƏBƏRLƏR

Əhərdə minillik Yüzbaşlı çinarı quruyur: Güney Azərbaycanın təbii irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir

2026.11.02, 21:34
Əhərdə minillik Yüzbaşlı çinarı quruyur: Güney Azərbaycanın təbii irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir

Gunaz.tv

Əhər–Meşkinşəhr (Xiyav) marşrutu üzərində yerləşən, yaşı təxminən min il olan Yüzbaşlı çinar ağacı quruma təhlükəsi ilə üzləşib. 

Milli təbii irs siyahısına daxil edilmiş bu tarixi ağacın böyük bir hissəsinin quruması onun gələcəyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Əsrlər boyu bölgənin tarixinə şahidlik etmiş çinarın vəziyyəti təbii irsin qorunması sahəsindəki problemləri yenidən gündəmə gətirib. Ağacın xeyli hissəsində quruma və tənəzzül əlamətləri müşahidə olunur.

Yüzbaşlı çinarının vəziyyəti daha əvvəl təxminən 800 illik Zəglik ağacının məhv olmaq təhlükəsi ilə bağlı narahatlıqları da xatırladır.

Belə qədim ağacların itirilməsi yalnız təbii sərvətin deyil, həm də Güney Azərbaycanın tarixi və mədəni yaddaşının bir hissəsinin itirilməsi deməkdir. Bu irsin qorunması üçün məsul qurumların təcili və təsirli tədbirlər görməsi vacibdir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar