Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Biz Pikaks dağına zərbə endirməli ola bilərik. Bunu istədiyimiz vaxt, istənilən an bir saat ərzində edə bilərik”, – Tramp bildirib.
ABŞ Prezidenti İranla hərbi əməliyyatların yenidən başlaması ehtimalını da istisna etməyib.
“Əgər onlar razılaşma əldə etməsələr, bu baş verə bilər. Lakin onlar çox ciddi şəkildə razılaşma əldə etmək istəyirlər və razılığa gəlməyimiz üçün çox yaxşı şans var”, – o deyib.
Tramp əlavə edib: “Əgər razılaşma əldə edə bilsəm, buna üstünlük verərdim. Beləliklə, çoxlu insanın həyatını xilas etmiş olarıq”.
Trampın bu açıqlamaları ABŞ hərbçilərinin Hörmüz boğazında İranın mövqelərinə qarşı məhdud müdafiə xarakterli zərbələr endirməsindən qısa müddət sonra səsləndirilib.
“Axios” nəşrinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, SEPAH-ın Hörmüz boğazında ABŞ təyyarəsinə raket atmasından sonra ABŞ hərbçiləri bazar ertəsi gecə İranın Qeşm adasında SEPAH-a məxsus hava hücumundan müdafiə raket qurğusunu məhv ediblər.
C