SON XƏBƏRLƏR

İranda bəhailərə təzyiqlər artıb

2026.11.03, 10:19
İranda bəhailərə təzyiqlər artıb

Son 7 ay ərzində İranın 11 əyalətində 60-ı qadın və 58-i kişi olmaqla, ən azı 118 bəhai vətəndaşı müxtəlif təhlükəsizlik və məhkəmə təzyiqləri ilə üzləşib. 

Gunaz.tv

Bu haqda Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Bu dövrdə 32 nəfər həbs edilib, 30 nəfərə həbs cəzası verilib və ya cəzaları barədə qərar təsdiqlənib, 17 nəfər hökmlərin icrası üçün həbsxanaya köçürüüb, 27 nəfərin məhkəmə iclası keçiriıib. 

Bundan əlavə, ən azı 10 bəhai vətəndaş təhlükəsizlik orqanlarına çağırılıb və ya dindirilib, dörd bəhainin əmlakının müsadirəsi barədə qərar verilib. 

Qeyd olunan dövrdə bir neçə bəhainin evində axtarış aparılıb, şəxsi əşyaları və iş avadanlıqları müsadirə edilib, iş yerləri möhürlənib, bir neçə bəhai tələbənin isə təhsilinə qadağa qoyulub.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar