SON XƏBƏRLƏR

Urmiya gölünün bu günə olan durumu açıqlandı

2026.11.03, 15:33
Urmiya gölünün bu günə olan durumu açıqlandı

Hazırda Urmiya gölündə suyun həcmi 2 milyard 670 milyon kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

Gunaz.tv

Bu haqda Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkəti məlumat yayıb.

Məlumata görə, suyun səviyyəsi 1270,58 metrə, su sahəsi isə 1946 kvadrat kilometrə yüksəlib.

Bildirilib ki, kifayət qədər yağıntı və bənd sularının axınının idarə olunması əvvəlki illərin kəskin azalmasını kompensasiya edib.

Qeyd edək ki, Urmiya gölünün maksimum ekoloji (tarixi ideal) su tutumu təxminən 30–32 milyard kubmetr, sahəsi isə təxminən 5000 kvadratkilometrdən çox olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar