SON XƏBƏRLƏR

“The Wall Street Journal”: ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri İrana qarşı mümkün yeni hücumlara hazırlaşır

2026.11.03, 20:36
“The Wall Street Journal”: ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri İrana qarşı mümkün yeni hücumlara hazırlaşır

Gunaz.tv

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ-ın Ərəb Körfəzi bölgəsindəki müttəfiqləri Vaşinqtonun İrana qarşı mümkün yeni hərbi əməliyyatlarına hazırlaşırlar.

Nəşr yazır ki, Donald Tramp administrasiyası və ərəb vasitəçilər İranla münaqişəni danışıqlar yolu ilə dayandırmağa çalışsalar da, danışıqlarda irəliləyişin olmaması və tərəflərin qarşılıqlı təhdidləri regionda narahatlığı artırıb.

Qəzetin məlumatına görə, Tramp ABŞ-da aralıq seçkilərdən sonra İranın infrastrukturu və nüvə obyektlərinə genişmiqyaslı zərbə endirilməsinə müsbət yanaşsa da, hələ yekun qərar verməyib. 

İsrailin baş naziri Benyamin Netanyahu isə seçkilərdən dərhal sonra hücumların başlanmasını istəyib və İsrail ordusu mümkün əməliyyat üçün hazırlıqlarını tamamlayıb.

Mümkün müharibə təhlükəsi fonunda Qətər və BƏƏ hərbi təhlükəsizlik təlimləri keçirib, Səudiyyə Ərəbistanının paytaxtında isə məktəblərin bu həftə distant təhsilə keçəcəyi bildirilib.

ABŞ ordusu da regionda sursat ehtiyatlarının artırılması, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və həssas bazalardakı qüvvələrin köçürülməsi daxil olmaqla, müxtəlif hərbi ssenarilər üzrə hazırlıqlar aparır. İsraildə əlavə “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi də nəzərdə tutulur.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar