SON XƏBƏRLƏR

Tramp İraqın baş nazirinin İrana bağlı silahlı qrupların nəzarətə alınması səylərini dəstəklədi

2026.11.27, 17:38
Tramp İraqın baş nazirinin İrana bağlı silahlı qrupların nəzarətə alınması səylərini dəstəklədi

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp İraqın baş naziri Əli əl-Zeydinin mərkəzi hökumətin səlahiyyətlərini genişləndirmək, neft qaçaqmalçılığına qarşı mübarizə aparmaq və bütün silahları dövlətin nəzarətinə vermək istiqamətindəki addımlarını dəstəkləyib.

Tramp cümə günü, 6 Azər tarixində “Truth Social” platformasında yazıb: “İraq hökumətinin ölkə üzrə hakimiyyətini təmin etmək, neft qaçaqmalçılığına son qoymaq, korrupsiyanı aradan qaldırmaq və bütün silahları yalnız dövlətin nəzarətinə vermək istiqamətində baş nazirin səylərini dəstəkləyirik.”

Bu dəstək Bağdadın son günlərdə Kürdüstan bölgəsindəki neft yataqları və sərhəd-keçid məntəqələrinə nəzarəti ələ almaq istiqamətində addımlar atdığı, həmçinin İranın dəstəklədiyi “Kətaib Hizbullah” silahlı qruplaşmasının əsas bazalarından biri olan Cərf əs-Səxr bölgəsində dövlət qüvvələrini yerləşdirdiyi bir vaxtda açıqlanıb.

Bağdadın qərarları Kürdüstan Regional Hökumətinin etirazı və bölgədə keçirilən etiraz aksiyaları ilə qarşılanıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar