SON XƏBƏRLƏR

Ruhani: “Heç kəs İran raketlərindən nigaran qalmamalıdır”

2021.10.20, 07:36
Ruhani: “Heç kəs İran raketlərindən nigaran qalmamalıdır”

Gunaz.tv

GünAzTV: İran prezidenti Həsən Ruhani martın 7-də Nazirlər Kabinetinin iclasında çıxış edərək, ölkənin inkişaf etdirməyə çalışdığı raket proqramından və region ölkələrinin bununla bağlı nigaranlığından danışıb.

 

Ruhani deyib ki, İranın apardığı raket proqramı müdafiə xarakteri daşıyır və hər hansı bir ölkəyə qarşı təhdid sayılmır: “Heç kəs İran raketlərindən və bizim müdafiə qabiliyyətimizi gücləndirməyimizdən nigaran qalmamalıdır. Çünki biz, öz gücümüzdən həmişə faydalanaraq başqalarını da gücləndirməyə çalışmışıq.

 

Tarix göstərir ki, İran milləti heç vaxt başqa bir millətə zülm etməmiş, başqasının torpağını qəsb etməmişdir. Biz, heç vaxt öz qonşularımızı bombardman etməmiş, bölgə əhalisinə qarşı təzyiq göstərməmişik. Biz, nəinki başqa bir ölkənin əhalisini öz yerindən-yurdundan didərgin salmamışıq, əksinə başqa ölkələrdən didərgin düşənləri də qonaq kimi qəbul etmişik.

 

Hamı bilməlidir ki, biz, hərbi gücümüzü ona görə artırmırıq ki, hansısa bir ölkəyə hücum edək. Bizim müdafiə gücümüz, yalnız qabaqlayıcı xarakter daşıyır və ölkənin müdafiəsi üçün vacibdir”.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar