G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
GünAz TV: Ötən günlərdə Bakıya səfər edən şöhrətli alim Prof. İlbər Ortaylı “Publika.az”a verdiyi müsahibədə Azərbaycanlıların tarixi kimliyi, “İran” sözünün mənşəyi və daha bir neçə önəmli məsələyə toxunub.
Müsahibəni olduğu kimi təqdim edirik:
“Tarixi bilmək, vətənin, xalqın keçmişinə sahib çıxmaq yalnız seçilənlərin qismətinə yazılır. Türk dünyasının böyük oğlu, şöhrətli alim İlbər Ortaylı da tarixin sevib-seçdiklərindəndir.
İlbər Ortaylı 1947-ci il 21 mart tarixində Avstriyanın Bregenz şəhərində Krım tatarı ailəsində dünyaya gəlib. Cəmi iki yaşında ikən ailəsilə birgə Türkiyəyə köçür. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsini tarix ixtisası üzrə bitirib, təhsilini Vyana Universitetində, ardınca isə Çikaqo Universitetində davam etdirir. 1982-ci ildə Türkiyə ali məktəblərində aparılan siyasi islahatlara etiraz olaraq istefa edir. Bu müddət ərzində Moskva, Paris, Vyana, Roma, Strazburq, Sofiya, Kembric, Oksford və digər şəhərlərin ali təhsil olacaqlarında seminarlarla çıxış edir.
Professor Ortaylı hazırda Qalatasaray və Bilkend Universitetlərində hüquq dərsi verir. Rus, alman, fransız, italyan, fars və latın dillərini bilir.
İlbər Ortaylı onlarla kitabın, elmi məqalələrin müəllifidir. O, həçminin dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. Hətta 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin rus dilini və mədəni mirasını yayan, ölkələr və xalqlar arasındakı əlaqənin gücləndirilməsində xüsusi xidmətlərinə görə təqdim olunan Puşkin medalına Türkiyədən yalnız İlbər Ortaylını layiq görmüşdü.
Hazırda böyük şəxsiyyət vətənimizdə qonaqdır. İlbər bəylə görüşüb, qısa müsahibə almaq bizə də qismət oldu.
- İlbər bəy, vətənimizə, vətəninizə xoş gəlmisiniz. Sizi görmək çox böyük qürurdur.
- Təşəkkür edirəm.
- Hocam, Türkiyə Azərbaycan arasındakı dostluğa, qardaşlığa bu zəfər təntənəsi ilə bir daha şahidlik etdik. Dövlətlərimiz arasındakı münasibəti necə dəyərləndirirsiniz?
- Məmləkətlər arası dostluq, xoş münasibət bütün dövrlərdə olub. Bu baxımdan Türkiyə ilə Azərbaycanın birliyi siyasi birlik deyil. İki dövlətik, amma eyni millətik. İstər mədəniyyət, istərsə də din, dil... Bizi birləşdirən bir çox dəyər var. Bu gün şanlı 15 sentyabr istiqlal gününün 100 illiyini qeyd edirik, 2118-ci ildə birlik simvolunun 200 yaşını birgə keçirəcəyik. Bu tarix bölgədəki varlığımız baxımından çox önəmlidir. Problemlər kökündən həll olunmadı, sadəcə şəkil dəyişdirdi. Ərazi eynidir, tək fərq silahların keyfiyyəti, iqtisadi problemlərdir. Yenə də iqtisadi, siyası bərabərsizlik ucbatından əziyyət çəkən, səfalət içərisində yaşayan insanlarımız var. Bəlkə də bu problemlər getdikcə daha da qloballaşacaq. Bu baxımdan belə bir dünyada əl-ələ olmağın sonsuz faydası var. Birliyimiz adına məni Bakıya dəvət edən əziz dostlarımıza ürəkdən təşəkkür edirəm.
- Bir çox dildə danışırsınız. Hər birinin də sizin üçün özünəxas xüsusiyyətləri, doğmalığı var. Bəs Azərbaycan dilini necə xarakterizə edə bilərsiniz?
- Azərbaycan dili bizim gəncliyimizin dilidir. Ona görə bu ləhcə ruhumuza çox doğmadır. Kim öz gəncliyini sevməz ki? Doğrudur, Azərbaycan dilində fars mənşəli sözlər daha çoxdur. Biz türk dilinin Azərbaycan ləhcəsini Orta Asiya xalqlarının dilindən daha tez anlayırıq. Çünki Orta Asiyalıların dilləri qıpçaq dil qrupuna daxildir. Ümumiyyətlə, ləhcənin ən böyük özəlliyi odur ki, başqa heç kim o şivə ilə danışa bilməz. Təqlid edə bilərsən, amma danışmaq mümkünsüzdür.
- Azərbaycanlı, Azərbaycan türkü, yoxsa azəri?
- Azərbaycanlı, Azərbaycan türkü doğrudur, azəri isə yanlışdır. Azərbaycanlılara türk deməyin turançılıqla heç bir əlaqəsi yoxdur. Hətta arxivimdə 1928-ci ildə çap edilən rusca-türkcə lüğət var.1936-cı il sovet konstitusiyasına əsasən türk sözü aradan qaldırılmağa başlandı. Cəfər Cabbarlı, Səməd Vurğun kimi ədəbiyyat xadimlərinin əsərlərində türk kəlməsinə rast gəlirik.
"Azəri" sözü var. Təəssüf ki, bu kəlməni qüvvətləndirən olduqca hörmət etdiyim hüquqşünas, tarixçi, dilçi alim, ən əsası türk oğlu Seyyid Əhməd Kəsrəvidir. Kəsrəvi 3 cildlik "İran məşrutə tarixi" əsərinin müəllifidir. Bu əsər bir sıra dillərə tərcümə edilib. Kəsrəvi özünə iranlı deyirdi. Desin, burada qəbahət yoxdur. Çünki İran adını ilk dəfə biz istifadə etmişik, dövlətin adını da biz qoymuşuq. O, əsərlərində fars milliyətçiliyini təbliğ edirdi. Azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini iddia edirdi. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyil, İran mənşəli dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar, həmçinin kiçik bir etnik qrupun adıdır. Kəsrəvi həm də xurafatdan uzaq dinin təbliğatçısı idi. Həftədə iki dəfə Sədinin, Hafizin kitablarını yandırırdı. Bu isə İran mollalarının hiddətinə səbəb oldu və Kəvsərini öldürdülər. Məzarını qazıb, içinə atdılar, üstünü də betonladırlar. İndi onun işlətdiyi azəri sözünü İrandakı xırda etnik qruplar da özlərinə aid edirlər. Bu yanlışdır. Çünki belə bir xalq Xəzər dənizinin cənub sahillərində yaşayıb. Mən azərilərin tarixini gözümlə görüb, qulağımla eşitdim və kövrəldim. Çünki mədəniyyət aşiqiyəm. Xüsusən də fars mədəniyyətini çox sevirəm. İndi bizim azərbaycanlıları halaç türkərinin yaşadığı əraziyə aparsam, heyrətlənərlər. Çünki onlar sizin uşaqlıq dilinizdə danışırlar. Farslardan tamamilə fərqli antropologiyaları var. Ləhcələrinin yazı dili yoxdur. Onları bir növ Yunanıstanın cənubunda Spartadan qalma həqiqi yunanlarla da müqaisə edə bilərik. Qısası, bəli, İranda azərilər var. Amma o biz deyilik, siz deyilsiniz, Cənubi azərbaycanlılar deyil. Onların adını bizimlə eyniləşdirmək cahillikdir. Bu sevdadan vaz keçilməlidir. Təəssüflə etiraf edirəm ki, Türkiyədə məktəblərimizdə tarix, coğrafiya elmlərini tədris edən müəllimlər də məlumatsızdırlar. Bunun qarşısını almalıyıq.
- Günümüzün acı mövzusuna toxunduq. Şimali Aəzrbaycan və Türkiyə qardaşlığı bu gün sədaqətini, birlyini dünyaya sübut edir. Amma güneyli qardaşlarımız öz dillərində ədəbiyyatdan tutmuş, ana dilində ünsiyyətə qədər kasadlıq çəkirlər. Belə deyək, dilimizə, mədəniyyətimizə susayıblar. Necə düşünürsünüz, bütövləşmək üçün hansı inamlı addımlar atmalıyıq?
- İran azərbaycanlıları (güney azərbaycanlılar nəzərdə tutulur) oğuz qruplarına aid olan ən seçilən qrupdur. Onları yaxından tanıdıqca heyranlığım daha çox artdı. Onlar hər iki dildə gözəl danışırlar. Hətta bəziləri buradan İrana köç etdiklər üçün rusca da bilirlər. Təhsil aldıqları dövrdə fransızca, ingiliscə öyrənirlər. Hətta deyim ki, türkcə də gözəl danışırlar. Türkiyənin tarixinə də qatqıları danılmazdır. Doğrudur, ana dillərində məktəbləri yoxdur. Amma mən ümidsiz deyiləm, çünki çağdaş cəmiyyətdə məktəbin önəmi azalıb. Yəni tək məktəbə qalsaydı, işləri çoxdan bitmişdi. Bizsə əksinə şahidlik edirik. Hətta bilirsiniz nəyə diqqət etmişəm? Din adamları belə daha dərin türkdür, türkçüdür. Musiqiçisindən satıcısınadək bambaşqa insanlardır. Ürəkləri Azərbaycan deyir. İstər diplomat olsun, istərsə də memar, hər biri işinin peşəkarıdır. Təbii ki, İrandan da götürdükləri keyfiyyət var. Avstriyanın məşhur iranşünasları da sübut edir ki, İran adı Sasanilər dövründə bir irq kimi istifadə olunub. Məhz bu səbəbdən bu gün İran şəcərələrində də türk köklərinə rastlayırıq. Odur ki, muzeylərin varlığı tarixin unudulmaması baxımından çox önəmlidir. Təəssüf ki, siyasətdə hər şey tədricən baş verir. zaman keçdikcə arzularımız da gerçəkləşəcək.
- Hocam, təəssüf ki, övladlarımız məktəblərdə sizin kimi tarix bilicilərindən, türk tarixinə dərindən bələd müəllimlərdən məhrumdurlar. Onlara tariximizi necə mənimsədə bilərik?
- Məktəb çərçivəsində uşaqlarımıza pianoda ifa etməyi öyrədə bilmədiyimiz kimi, tarixi də sırf tədris proqramı ilə dərindən mənimsədə bilmərik. Həftəsonu məşğələlərinə göndərin, özünüz bildiklərinizi paylaşın. Tarix çox önəmlidir. Çünki tarixini bilməyən xalq tarix yaza bilməz. Bu gün tarixçilər ingilislər, macarlar, hindlərdir. Ruslar da onların ardından gedir. Biz də artıq tarixçilər yetişdirməliyik. Hətta bəzilərinə rast gəlirəm ki, heç yaxın tariximizi belə bilmirlər. Bu səbəbdən diqqətli olmalıyıq.”
N.S
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb