Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
GünAz TV: Məsələ ilə bağlı İranın xarici işlər naziri Əli Əkbər Salehi parlamentin təhlükəsizlik və xarici siyasət komissiyasına (komisyonuna) çağırılıb.
Komissiyada ona ünvanlanan suallardan biri Ermənistanın PKK terror təşkilatını dəstəkləməsinə İranın reaksiya (əksüləməl) verməməsi ilə bağlı olub. Bu barədə İRNA agentliyi (ajansı) məlumat yayıb. İran parlamentinin bir neçə üzvü Salehiyə qarşı impiçment (cürm elami, ittiham) elan olunması haqqında sənədi imzalayıb. Buna əsas səbəb Məhəmməd Şərif Məlikzadənin xarici işlər nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsinə təyin edilməsi olub, lakin deputatların (millət vəkillərinin) sözlərinə görə, Salehinin izah etməli olduğu digər qaranlıq məqamlar da var. Parlament üzvləri hesab edirlər ki, Məlikzadə korrupsiya (fəsade mali) və başqa qanun pozuntularına yol verib. Salehi hələlik parlamentin təhlükəsizlik və xarici siyasət komissiyasına çağırılıb.
Komissiya üzvü Nadir Qazipurun nazirə ünvanladığı sual bundan ibarət olub ki, nə üçün İran PKK-nı dəstəkləyən Ermənistana reaksiya vermir? İRNA agentliyinin məlumatına görə, Salehi bu məsələ ilə bağlı ciddi araşdırmaların aparılacağını və tədbirlərin görüləcəyini vəd edib. "Mehr" agentliyinin məlumatına görə, artıq 15 deputat (millət vəkili), İSNA agentliyinin yazdığına görə isə 25 millət vəkili sənədi imzalayıb. Qanuna əsasən, nazirə qarşı impiçment elan olunması üçün 10 deputatın da səsi kifayətdir. İmpiçment deputatların imzalarını geri götürməməsi şərti ilə bazar ertəsinə planlaşdırılıb (tərhini töküb).
Yeri gəlmişkən, dünən Ermənistan və İran prezidentləri arasında telefon danışığı da olub. Məlumata görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bəzi müşahidəçilər bu danışıqların məhz İran XİN başçısının məsələsinin qaldırıldığı bir vaxtda baş tutmasını Tehranla İrəvan arasında yaşana biləcək incikliyin qarşısını almaq cəhdi kimi də qiymətləndirirlər.
İqtisadi-siyasi proseslər (sürəclər) və beynəlxalq əlaqələr elmi araşdırmalar mərkəzinin rəhbəri, professor Vaqif Arzumanlı bildirdi ki, Ermənistan - PKK əlaqələrinə münasibət bildirməmək konkret (açıq) olaraq bu ölkənin xarici işlər nazirinin mövqeyi deyil, bu İran dövlətinin siyasətidir: "Fikir versəniz, belə vəziyyətlərdə mütəmadi olaraq prezidentin, onun şərq məsələləri üzrə ayrı-ayrı müşavirlərinin, din xadimlərinin və digərlərinin timsalında Xarici İşlər Nazirliyinin başı üzərindən münasibət bildirilməkdədir. PKK məsələsinə münasibət bildirməmək də məncə, İran-İraq və İranın Qərbə münasibətlərilə bağlıdır. Bundan əlavə, hazırda İranda prezidentlə dini rəhbər arasında münasibətlər çox sərindir və güman ki, XİN başçısının bu cür vurulmasında məhz bu amil də rol oynayır", - deyən professor dövlət başçısı Mahmud Əhmədinejadın ermənistanlı həmkarı Serj Sarkisyanla telefonda danışmasına gəldikdə bildirdi ki, o, İran prezidentinin İrəvana PKK məsələsi ilə bağlı telefon açdığını düşünmür. Professorun fikrincə, telefon danışıqları çox güman ki, M.Əhmədinejadın İrəvana təxirə salınmış səfəri ilə bağlıdır: "Sonra da ki, tərəflərin danışmağa mövzuları çoxdur. İran bu gün Ermənistan üçün daha çox iş görür. İran suyundan istifadə etdiyimiz Araz çayı üzərində Su Elektrik Stansiyası tikərək Ermənistanı enerji ilə təmin edir. Bu gün İran Ermənistanın arxasında dayanan ən vacib ölkədir. Hətta deyə bilərik ki, İran Ermənistanın bir növ "çörək ağacı"dır. Bu iki ölkə arasında əlaqələr bildiklərimizdən daha genişdir, sadəcə, Tehran istəmir ki, elədikləri reklam olunsun, ona görə də çalışır ki, siyasətini sakit tərzdə həyata keçirsin".
Maraqlıdır, son illər ərzində İranla Türkiyə arasında ikili münasibətlər də çox irəli gedib. Yəni Rəcəb Tayyib Ərdoğanın iqtidarı dönəmində Ankara İran üçün çox işlər görüb. Belə olduğu təqdirdə nəzərə alsaq ki, PKK təkcə Türkiyənin deyil, həm də İraq, Suriya, eləcə də İranın başını ağrıda biləcək bir problemdir, o zaman niyə İran özünü gözləyən bir təhlükənin aradan qaldırılmasında Türkiyəyə dəstək verməsin? Axı İranda kürdlərin ayrıca vilayəti mövcuddur və orada təxminən 8 milyon nəfər kürd yaşayır. Hətta onu da nəzərə alaq ki, İran kürdləri də bu ölkədən ayrılmaq üçün öz təşkilatlarını yaradıblar. V.Arzumanlı bildirdi ki, İran İslam Konfransı Təşkilatı istisna olmaqla, bütün beynəlxalq təşkilatlarda Qərb - Şərq məsələlərində Birləşmiş Ştatların təzyiqlərinə məruz qalır: "Hansı ki, Türkiyə həm müsəlmançılıq, həm də qonşuluq amilini nəzərə alaraq həmişə ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) təzyiqlərini yumşaltmağa çalışıb. Konkret kürd məsələsinə gəldikdə isə əvvəllər "Böyük Kürdüstan" planına (tərhinə) dörd dövlət salınırdısa (Türkiyə, İraq, İran və Suriya), indi həmin ölkələrin sayı Azərbaycan da əlavə olunduğu üçün 5-ə çatdırılıb. Amma İran bunu dəqiq bilir: nə qədər ki, Türkiyə dövləti mövcuddur, "Böyük Kürdüstan" planı reallaşmayacaq. Yeri gəlmişkən, budəfəki seçkidə kürdlər Türkiyə parlamentinə 36 deputat (millət vəkili) keçirə bilib. Amma bu o demək deyil ki, onlar orada nə isə edə biləcəklər. Ümumiyyətlə, kürd məsələsində Türkiyə ilə yanaşı, bölgənin bir çox ölkəsinin adı keçdiyindən, prosesin qısa zamanda həll olunacağını düşünmək olmaz. Məncə, İran məhz bu səbəbdən məsələyə belə ehtiyatla yanaşır". Həftə içi
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu