Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
GünAz TV: Tehran hakimiyyətinin «Qərb mədəniyyətinə» qarşı savaşı davam edir. Ancaq bunun səmərəsiz olduğu da istisna deyil. Çünki insanların daxili işlərinə hakimiyyətin qarışması ölkədə müəyyən sosial gərinlik yaradıb.
Bir neçə gün öncə hakimiyyət «mənəvi təhlükəsizlik planı»nı açılayıb. Yeni planda (tərhdə) İslam Respublikası (Cümhuriyyəti) vətəndaşlarının xarici görünüşünə dair yeni məhdudiyyətlər qoyulub.
Həmin yasağa əsasən, kişilərə «qərbsayağı zəncirlərin» və başqa bu sayaq bəzək əşyalarından istifadə etmək,qısa qol köynəklər geyinmək, qadınlara isə bədənin görünməsinə imkan verən qısa ətəkli şalvarlar, dar paltarlar, şəffaf geyimlər geyinmək qadağan edilib.
Bundan başqa İran İslam Məclisi iranlılara it saxlamağı da yasaqlayan qanuna səs verib. Sənədin girişində (preambula) bu məsələyə belə islam hüquqi donu geyindirilib: «İt saxlamaq mədəniyyətdə ciddi problemlər yaradır və Qərbin bayağı ənənəsinin kor-koranə təlqin edilməsidir».
«Mənəvi təhlükəsizliyin» qorunmasına, eləcə də itsaxlamanın qadağası ilə bağlı qanun yerinə yetirilməsinə 70 min nəfərlik xüsusi polis qüvvəsi nəzarət edəcək.
Hər il olduğu kimi bu ildə isti havalarda Tehranda hicab qaydalarına nəzarəti gücləndirmək,«mənəvi təhlükəsizlik»in qornuması məqsədi ilə şəhərin küçə və meydanlarında, parklarda və başqa ictimai yerlərdə reydlər keçirilir.
Ötən həftənin əvvəlindən başlayan bu tədbir zamanı rəngli və ya bir az açıq rəngdə paltar, manto geyən qadınların saxlanılmasına daha çox rast gəlinir.
İran hüquq mühafizə qüvvələri komandanının nümayəndəsi Əhmədrza Radan jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra «mənəvi təhlükəsizliyi» layihəsi ardıcıl olaraq həyata keçiriləcək: “Bu layihəyə əsasən dar paltar geyən, saçı yaylıqdan çıxan və it gəzdirən xanımlar saxlanaraq ciddi xəbərdarlıq alacaq, bəzi hallarda isə məsuliyyətə cəlb ediləcəklər”.
Əhmədrza Radan islam qaydalarına zidd qadın geyimləri hazırlayan yerli istehsalçılara da ciddi xəbərdarlıq ediləcəyini, onların məsuliyyətə cəlb olunacağını vurğulayıb.
Tehran hakimiyyətinin bu sayaq yasaqlarına baxmayaraq, ölkədə yüngül əxlaqlıların sayı azalmır. İran Qadın Araşdırmaları Mərkəzinin rəsmi «womenrc.com» saytının məumatına əsasən, ölkədə fahişəliyə görə 6053 qadın tutulub.Onların çoxu 12-25 yaş arasında olan qadınlardır.
Əhmədrza Radan bu günlərdə keçirdiyi mətbuat konfransında demişdi ki, ölkədə 400-500 küçə qadının «faydalı işlə məşğul olması üçün» iş şəraiti yaratmaq imkan var.
Mərkəzin məlumatında isə bildirilib ki, İran İslam Respublikasında küçə qadınlarının sayını müəyyənləşdirmək mümkün deyil. GünAZTV-nin məlumatına əsasən, bir müddət əvvəl İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Behzisti təşkilatı) ictimai məsələlər şöbəsi təkcə Tehran küçələrində 2000 fahişə və 500 nəfər evdən qaçmış qızın polis tərəfindən tutulduğunu bildirmişdi. Ekspertlər (karşünaslar) isə hesab edir ki, bu rəqəm 4 mindən də çoxdur.
Ötən il bu ad altında keçirilən kampaniya zamanı Təbrizin «Vəli-əsr» məhəlləsində 26 yaşlı, Elnaz Babazadə adlı gənc qız başını «islam qaydalarına» uyğun örtmədiyinə görə, hakimiyyətin məmurları tərəfindən öldürülmüşdü.
İnqilab Keşikiçiləri Qvardiyasının (Sepah) əsas kadr bazası (payə, taban), «bəsic» adlanan yarımhərbi dəstənin üzvləri Təbrizin «Vəli-əsr» məhəlləsində Elnaz Babazadənin sürdüyü maşını saxladaraq, onun «baş örtüyünün islam qaydalarına uyğun örtülmədiyini» bildirmiş, onlarla polis bölməsinə getməsini tələb etmişdilər. Elnaz Babazadə onların bu tələbinə tabe olmaq istəməmişdi.
Bundan sonra hakimiyyətin 3 məmuru Elnazın üstünə odlu silah çəkərək, idarə etdiyi şəxsi minik maşınına soxulmuş, xəlvəti yerə aparmışdılar. Bu üç məmur gənc qızı zorlayaraq, tapança ilə başından vurub, qətlə yetirmişdilər. Cinayəti törətdikdən sonra Elnaz Babazadənin cəsədini isə Təbrizin «İmamiyyə» qəbristanlağına atmışdılar.
Elnaz Babazadəyə təcavüz edib, qətlə yetirənlərdən biri qvardiya (Sepah) komandirlərindən birinin oğludur. Qatil hərəkətələrinə bəraət qazandıraraq, demişdi ki, «Allahın əmrini» yerinə yetirib, «hicabsızlığa» qarşı mübarizə aparıblar.
Xatırladaq ki, inqilabın ilk illərində hakimiyyətə qarşı çıxan bakirə qızlara həbsxanada zolra siğələr kəsir, «o dünyaya bakirə getmək günahdır»-deyib, zorlayırmışlar. Görünür, hakimiyyətə məxsus bəsic kimi qüvvələr o dərəcədə arxayındır ki, özlərini 30 il öncə kimi aparmaqdan çəkinmir.
Elnazın ailəsi məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, qatil və cinayətdə adı hallanan daha iki nəfərin adı bəlli olsa da qvardiya məsələni araşdırmağı öz üzərinə götürərək, qətli –ört-basdır etmişdi.
Xatırladaq ki, İranda «hicabı» pozanlara qarşı cərimələrin miqdarı artıb, şərtlər ağırlaşdırılıb. Əxlaq polisi cərimə ödməyən, yaxud həmin polislərə «müqavimət göstərən» qadınları şöbəyə aparır. Polis idarəsində onlar sorğu-sual edilir, «eyni cinayəti bir daha təkrarlamayacaqlı»na dair qadınlardan izahat alınır sonra sərbəst buraxılır. Bununla yanaşı «tutulmuş qadınlar» cərimələnir:
«Günəş gözlüyündən istifadəyə görə, 15 dollar cərimə , uyğun olaraq, qısa ətək mantoya görə 25 dollar, qırmızı və ya yaşlı rəngli mantoya görə 25 dollar, laklanmış hər barmağa görə 5 dollar, solyari ilə qaralmaya ggörə 25 dollar, saçların süni boyalarla rənglənməsinə görə, 50- 150 dollar».
Cərimələnən vətəndaşa təqdim olunan qəbzdə onun adı, fotosu, qanun pozuntusunun növü (məsələn, sağ əldə 3, solda 4 barmaq laklanıb), pasporta oxşar «dövlət kartı», bundan başqa həmin şəxsi saxlamış polisin xidməti nömrəsi, qulluq etdiyi hərbi hissənin növü və s. göstəriciləri yazılır.
Saçın üzərində eynəyə görə 12 dollar , qısa qolu pencəyə 20 dollar, açıq rəngli pencəyə 20 dollar man., boyalı dırnağın hər birinə 20 sent, makiya 20 dollar , cəlbedici rənglənmiş saça 120 dollar cərimə ödəməlidir.
«hicabaqaydalarını» pozanlar 1300 dollar məbləğində cərimə edilir. Bundan başqa şəhərin küçələrində hər gün yeniyetmə məktəbli qızlar «Çarşab marşı» oxuyur. Marşın sözləri belədir : «Qardaş, qardaş çarşab geyinməyin mükafatı Cənnətdir, Çarşabı düzgün geyinməmək utancdır, utanc».
Hicab paltar və ona oxşar zahiri elementlərlə yekunlaşmır. Əsas məsələlərdən bir bu qaydaların icrasını tələb edənlərin mənəvi saflığıdır.
Bu yaxınlarda “Quran” təfsiri dərsində çıxış edən Dini Ekspertlər (karşünaslar, mütəxəssislər) şurasının üzvü ayətullah Seyid Əli Məhəmməd –Dəstqeyb deyib ki, bəzən ruhanilər və başqa din alimləri haqqın tapdandığını görsələr də öz maddi maraqlarına görə, buna göz yumur, susurlar : «Cəmiyyətdə özlərini din qabaqcılı kimi göstərən ruhanilər «Quran»a və peyğəmbər ənənəsinə əməl etmədiyi halda bunu adi insanlardan gözləmək və tələb etəmk olmaz. Onlar üzlərini bizə tutub deyirlər ki, özünüz “Quran”a əməl etmədiyiniz bir halda niyə bunu bizdən tələb edirsiniz?
Bunlar Allah ayələrini cüzi məbləğə satan, od-alovu öz qarınlarına tökən şəxslərdirlər. Əgər şiə alimlərinin əksəriyyəti, iddia etdikləri kimi, “Quran” və peyğəmbər ənənəsinə tabe olsaydılar, bu gün insanların durumu indikindən qat-qat yaxşı olardı. Din alimi öz dediyinə əməl etməyəndə, “Quran” və peyğəmbər ənənəsini kənara qoyanda insanların da dini əqidəsi getdikcə zəifləyir. Ruhanilər öz nəfslərinin qabağını ala bilməyəndə insanlar da onun qabağını ala bilməzlər. İnsanlar din alimlərinin əməlinə baxırlar. Görəsən, insanlara “yalan danışmayın, heç kəsə böhtan atıb onu biabır etməyin və kiməsə zülm etməyin” deyən ruhanilərin özləri də buna əməl edirlərmi?”
“Cəmiyyətimizdə yalan, qeybət və böhtan baş alıb gedir. Qəzetlər hər gün müxalifləri lağa qoyur, onları təhqir edir və böhtan xarakterli yazılar dərc edir. Bütün bunlar islam əxlaqına ziddir»-bunu ayətullah Xomeyninin vəfatının növbəti ildönümündə Qum şəhərinin imam cüməsi ayətullah Rza Ustadi deyib.
Rza Ustadi bildirib: «Bu gün sistemimiz hər sahədə inkişaf etsə də, əxlaqi cəhətdən heç bir inkişaf yoxdur. Biz istər sistemimizdə, istərsə də cəmiyyətimizdə əxlaq baxımından geriləmişik. Təəssüflər olsun ki, cəmiyyətdə islam əxlaqına riayət olunmur»
Baş örtüyü, zahiri hicabla bağlı məsələdə hakimiyyət öz hikkəsini (hikkə günahdandır) yeridir. Axı, İran cəmiyyəti heç vaxt dinsiz olmayıb. Məgər İran əhalisi 1979-cu il fevral inqilabından sonra islamı qəbul edib?! Təbii ki, yox.
O zaman İran rəhbərliyi bu sayaq əməlləri ilə daha çox dindar olduğunu gözə soxması çox gülünc görünür (Allahı sevməklə qürurlanmaq da suçdandır, çünki qürurlanmaq ancaq O -na məxsusdur). Bu ölkədə qadın gözəllik salonları da var. Bu salonlar dövlətə vergi də ödəyir və s. Onda bütün belə müəssisələr nədən qapadılmır?! Nə isə…
Bütün bu yasaqlar daha çox zahiri mahiyyət daşıyır. Hicabdan danışanlar əsas məsələdən öz əməllərindən və törətdikləri cinayətlərdən «xəbərsizdirlər». Yoxsa, bu əməllərin hicaba aidiyyatı yoxdur. Odur ki, bu sayaq kampaniyalar əslində din adı altında kimlərinsə hikkəsinə xidmət edir…
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu