İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, keçmiş millət vəkili və Xarici İşlər Komissiyasının üzvü, Türkiyə Alternativ Siyasi və Strateji Araşdırmalar Mərkəzinin başqanı, politoloq Dr. Mahmud Koçakdır.
- Hazırda Ermənistanın işğalçılıq siyasətində əl çəkməməsi bölgədə hansı proseslər gətirib çıxarda bilər və vəziyyətin belə davam eləməsi bu ölkə üçün nələr vəd edir?
- Bəli, Ermənistan işğalçılıq siyasətində imtina etməsə Qafqazda sülhün, barışın yaranması çətin olacaq. Bu gün dünya yeni bir dönəmə qədəm qoyur, xüsusilə, soyuq savaşın sona çatmasından sonra dünyada insan hüquqları, sülh, demokratik dəyərlər ön plana çıxır və Ermənistan siyasətçiləri bunun fərqində olmalıdır. Keçmiş siyasətlə hansısa nəticəyə nail olmaq çətindir və açıq şəkildə demək lazımdır ki, Ermənistan cəmiyyəti yeni siyasi proseslərə keçməkdə çətinlik çəkir. Daha doğrusu cəmiyyətdə radikal millətçilik əhval- ruhiyyəsi normal siyasi-ictiamai proseslərin inkişafına əngəl olur. Amma, Ermənistanın indiki rəhbərliyi dəyişikliklərin önündə dura bilməyəcək. Ermənistanı mütləq dəyişiklik dalğası vuracaq. Qısacası olaraq demək lazımdır ki, Ermənistan Qafqazlarda öz varlığını yenidən formalaşdırmaq məcburiyyətindədir. Yoxsa, bölgə ölkələrinə açılmadan özünü təcrid edərək, avtoritar (müstəbid) olaraq xalqını əzməsi, Ermənistan üçün baha başa gələcək.
Ermənistan rəhbərliyi bölgə xalqları ilə normal ünsiyyət qurmalı və yaxından tanımalıdır. Ermənistan buna məcburdur. Tarix boyu nə Türkiyə, nə də Azərbaycan düşmənçilik siyasəti yanında dayanmayıb və bundan sonra da dayanmayacaq. Yaşadığımız dünya hamımıza bəs edir.
- Ortada bir fakt var ki, Ermənistan öz təcavüzkar siyasətində əl çəkmir. Üstəlik, Xankəndində hava limanı açmağa hazırlaşır...
- Tamamilə haqlısınız. Ermənistan gec-tez bu siyasətindən əl çəkəcək. Çünki belə bir siyasət Ermənistanın xeyrinə deyil və bölgədə baş verən proseslər bu ölkənin ziyanına işləyir. Hava limanın inşası beynelxalq (uluslarası) hüquqa ziddir. Heç bir dövlət separtçı (bölücü) rejimi, “müstəqil” dövlət olaraq tanımayıb və qarşıda bu ehtimalın gerçəkləşməsi mümkünsüzdür. Neçə ola bilər ki, indi ermənilər vəziyyətin belə çətin olduğu vaxtda bunu getsinlər. Mən, bunu ağılsızlıq adlandırardım. Beynelxalq güclər bunun qarşısının alınmasında gərəkli addımı atmalıdırlar. Yoxsa, bölgədə vəziyyət gərginləşəcək və Ermənistan üçün fəlakətlə nəticələnəcək durumun şahidi olacaqlar. İndi ən doğru seçim Ermənistanındır.
- Müharibənin başlamaması üçün bölgədə marağı olan dövlətlərin hərəkətə keçmələri mümkündürmü?
- Böyük dövlətlər onsuzda proseslərin içərisindədirlər. Hətta bölgədə maraqlarının təhlükəsizliyini qorunub saxlanılmasına və vəziyyətin müharibəyə gəlib çıxmaması üçün hadisələrə təsir etmək məcburiyyətinədirlər. Mən, problemin həllini yaxınlaşdığı düşüncəsindəyəm. Afrikada və orta şərqdə başlayan dəyişim rüzgarı bir şəkildə Ermənistanı öz təsir altına alacaq. Ola bilər ki, bir az gec olsun, amma mütləq Ermənistana öz əhatəsi dairəsinə salacaq. Xalqın tələbi qarşısında belə rejimlər uzunmüddətli dayana bilməzlər. Önəmli olan xalqların xoşbəxtliyi və inkişafına nail olmaqdır. Bölgədə ən çox əziyyət çəkən və hər addım başı öz həyatında ağır çətinlikləri hiss edən- erməni xalqıdır. Ölkənin siyasətinin rejimdən asılı olması və diasporun ölkənin daxili siyasi proseslər təsir etməsi, nəticə etibarilə bunun acı nəticəsini Ermənistanda yaşayan sadə xalq ödəyir və ölkə getdikcə sosial fəlakətə doğru istiqamət alıb. Biz bölgə xalqları və qonşu ölkələri olaraq, baş verən prosesləri diqqətlə izləyirik. Böyük dövlətlər öz maraqlarını bir kənara buraxıb, problemin həllinin yanında yer alsalar, bu həm bölgə üçün, həm də dünyada sülhün yaranmasına kömək etmiş olarlar. Qarabağ münaqişəsi həll olunmasa və bölgədə vəziyyət stabil ola bilməz.
- Türkiyə-Azərbaycan hərbi-siyasi əlaqələrinin inkişafı bölgəyə nə verə bilər?
- Azərbaycan və Türkiyə “bir dövlət,iki dövlətdir”. Ətlə, dırnaq kimidır. Bizləri heç bir şey ayıra bilməz. Dəyişik siyasi oyunlar, gedişlər ola bilər, amma biz qardaş millətlərik. Bizim qardaşlağımız erməniləri və başqa millətləri narahat etməməlidir. Azərbaycan-Türkiyə qardaşlığı bölgənin strateji (hesablanan siyasət), siyasi və iqtisadi təminatıdır. Bölgənin inkişafının təməlinin formalaşdırır. Bu inkişaf bölgə xalqlarının maraqlarının inkişafına xidmət edir. İqtisadi terminlər desək: ”Məənfətləndirir”. Biz Azərbaycanın Müdafiə Nazirinin səfərinı, digər nazirlərin səfərlərini eyni gözlə baxırıq və bunu iki dövlətin inkişafına stimul (təşviq) verən səfərlər kimi dəyərləndirirəm.
- Bir siyasətçi olaraq, münaqişənin həllini necə görürsünüz? Xüsusilə, Türkiyənin bölgədə baş verən proseslərə təsir imkanlarını necə dəyərləndirirsiniz?
- Yuxarıda söylədiyim kimi, Türkiyə böyük və hadisələrə geniş təsir imkanlarına malik dövlətdir. Hətta deyərdim ki, Qafqazda yaranan problemlərin həllinə kömək edə biləcək qədər siyasi gücə malik dövlətdir. Əsas odur ki, bölgə xalqları Türkiyə güvənsinlər. Burada Azərbaycan xalqının pontensialı(gücü,imkanı) mühüm rol oynayır. Azərbaycanın bölgənin güclü dövlətidir. Türkiyə Azərbaycanın əleyhinə heç bir iş görməz və belə işlərin yanında da yer almaz. Bu, addım Türkiyənin özünü inkar etməsi anlamına gələr. Amma, qardaş Azərbaycan xalqı Türkiyəyə eyni gözlə baxmalı və güvənməlidir. Türkiyə insanı Azərbaycanın yanındadır və hər zaman ürəkdən sevərək onu dəstəkləyəcək. Əsas önəmli olan xalqların qardaşlığıdır.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu