İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
GünAz TV: Futbol üzrə İranın milli çempionatı (qəhrəma-i milli) başa çatdı. Təbrizin «Traktorsazi» («Traktorquraşdırma» tərəfdarları isə «Traktor» adlandırır ) futbol klubu bu yarışmada 18 komanda (taxım) arasında 5-ci yeri tutdu.
Təbriz adından çıxış edən oyunçuları meydanda, tərəfdarları isə stadionlarda (stadiomlarda) qələbə və Azərbaycan adı üçün əllərindən gələni etməyə çalışdı. Stadionları bürüyən « Yaşa Azərbaycan!», «Türk dilində mədrəsə!» və başqa belə şüarlardan Tehran və onun yançıları hürkdü.
Hakimiyyət, onun informasiya vasitələri, gerici panfarsçı düşüncənin daşıyıcıları da «Traktor»u və onun tərəfdarlarını aşağılamaq üçün türkə olan nifrətlərindən yarışma başa çatanadək gizlətmədi.
İdman yarışlarında bir qayda olaraq, ədalətli, tərəfsiz yalnız hakimdir. Oyun zamanı hətta iki qardaş belə biri-birinə qarşı olur.
Adətən idman yarışlarında «dostluq qələbə qazandı» kimi nəzakət xatirinə ifadələrdə işlədilir. Ancaq heç kimə sirr deyil ki, oyunlar zamanı tərəflər olur.
Bir də idmandan barış carçısı kimi «xalq diplomtiyasından» da istifadə edirlər. Buna dair çoxlu sayda örnəklər göstərmək mümkündür. Hamıya bəllidr ki, İran İslam Respublikası (Cümhuriyyəti) ilə ABŞ (Amerika Birləşmiş Ştatları) arasında diplomatik münasibət də yoxdur. Tehrandakı hakimiyyət bu ölkəni düşmən sayır, hətta «Amerikaya ölüm!» kimi siyasi-ideoloji şüar da 33 ildir İranda çeşidli yığıncaqlarda səslənir. Amma zaman-zaman bu ölkələrin idmançıları arasında dostluq yarışları keçirilir.
Orta Şərqdə baş verən olaylar da kimin-kim olduğunu bir daha təsdiqlədi. Bəhreyndəki etiraz çıxışları ilə bağlı adı ən çox hallanan İran və Səudiyyə Ərəbistanıdır. Bu iki dövlətin rəsmiləri biri-birini Bəhreyndə baş verənlərə görə, ittiham edib, hədələyib. Başqa sözlə iş az qala savaş həddinə çatıb.
Səudiyyə Ərəbistanın «Əl-İttihad» futbol klubu Asiya Çempionluğu (qəhrəmanlığı) uğurunda mübarizəni davam etdirmək məqsədi ilə Tehrana gəldi. Oyun zamanı hakimiyyətin bəsiciləri (sepahın əsas kadr bazası) səudiyyə kralına qarşı şüarla səsləndirdi.
Bu bir daha təsdiqləyir ki, Tehran hakimiyyəti idmandan da öz siyasi-ideoloji maraqları üçün yararlanır. Onun hazırladığı tamaşaçısı özünəmxsus sosial-psixoloji bir hal yaşayır - Təbrizin «Tarktor» klubunu türklərə aşağılayacı sözlər atmaq, səudiyyə kralını söyməklə. Bu İran İslam Respublikasının yetişdirib tərbiyə etdiyi insanların mədəni –əxlaqı səviyyəsinin və ya hakimiyyətin mənəvi durumunun göstəricisidir.
1998-ci ildə futbol üzrə dünya birinciliyində İran yığması ABŞ komandasını udmuşdu. Onda ölkənin ali rəhbəri ayətulla Xamneyi bunu «Böyük şeytan üzərində qələbə» adlandırmışdı.
İranın başqa sahələrində olduğu kimi idman həyatında Güney Azərbaycan türklərinin rolu danılmazdır. Ancaq təəssüflər olsun ki, Azərbaycan türkü Hadi Saei Pekin olimpiadasında İranın himinin səsləndirdi. O, taekvondo üzrə yarışda ölkəsinə yeganə qızılı qazandırdı.
O, qazandığı bu medalı Azərbaycan xalqına hədiyyə etdiyini söylədi: «Bu qızılı Azərbaycan xalqına, doğulduğumu Bostanovaya həsr edirəm. Xalqın xeyir-duası ilə bu medalı ölkəmə gətirdiyim və İranın bayrağını qaldırğımı üçün çox sevinirəm. İsti və səmim salamlarımı şanlı Azərbaycan xalqı və doğulduğum Bostanovaya, Qarakohulə çatdırıram. Ümid edrəm ki, bu qiymətsiz hədiyyəni məndən qəbul edərlər».
Onun bacısı Məhrvərz Saei də taekvandoçudur. O, 2006-cı ildə Qətərdə keçirilən Asiya oyunlarında bürünc medal qazanıb.
Güneyli soydaşımızın qələbəsinə Cənubi Azərbaycanın Biləsuvar rayonundan olan Məsud adlı azərbaycanlı belə münasibət bildirmişdi : «İranda başqa sahələrdəki kimi idmanda da türklər hər zaman uğur qazanıblar. Afina olimpiadasında da İranın aldığı 4 qızıl medaldan 3-nü azərbaycanlı əldə edib – Hüseyn Rzazadə,Yusif Kərəmi və Hadi Saei. Bu ilkinə gəldikdə isə mən onu Rəşad Əhmədovun (o,H Saei ilə yarışmışdı) aparmasını istəyirdim. Çünki bu zaman Azərbaycan Respublikasının qızılını sayı artardı. Təəssüflər olsun ki, Güney Azərbaycan türklərinin qazandığı bütün uğurlar İranın adına yazılır. Bu həmin İrandır ki, Azərbaycan tüklərini bir millət olaraq, tanımır. Hər halda Hadi Saeinin də qələbəsinə sevinrəm. Mənsub olduğu milləti unutmadığı üçün belə qeyrətli oğullarımızı alqışlayıram».
Bir az yaşlı nəsil «Mazandaran pələngi» filmini yəqin ki xatırlayır. Oradakı Həbib İranın tanınmış gülşəçisi Təxti ilə eyni zamanda olimpiada çempionu olmuş Güney Azərbaycan türkü Həbibulladır.
İran futbolunda da Azərbaycan türklərinin adı tarixə yazlıb. Onlardan birinin Əli Dainin adını çəkmək yetərlidir. O, Asiyanın ən güclü futbolçusu adına layiq görülüb. İranın yığma komandasında Ə.Dai ilə birlikdə oynamış Kərim Bağiri Təbriz futbol məktəbinin yetirməsidir.
«Traktor»un hər oyununu tərəfdarları böyük maraqla izlədi. Harada oynamasından asılı olmayaraq, evdə, rəqib meydanında, bu klubun oyununda qələbəlik müşhidə edilirdi.
Son oyunlardan birində Təbrizin Səhənd adına şəhər stadionunda yerli «Traktor»la Qum şəhərinin «Səba» futbol komandası arasında keçirilən oyun 2-1 hesabı ilə qonaqların xeyinə başa çatıb. Yerli müşahidəçilərin sözlərinə görə, oyuna baxmağa 50 mindən çox tamaşaçı gəlibmiş.
Oyun başa çatandan sonra «Traktor»un tərəfdarları dinc yürüş keçiriblər.Yerli polis və bəsiclər tamaşaçılara hücum edib. Çoxlu sayda yaralanan olub. Yüz nəfər aksiyaçının (yürüşçü, etirazçı) tutulduğu haqda xəbər yayılıb.
Komandanın azarkeşləri belə deyir : «Udsa da uduzsa da biz onu sevirik»,yaxud «Başarılar gəlib-geçər, ləyaqətin bizə yetər!».
«Traktor» indiyə qədər bir dəfə də olsun nə İran çempionu, nə də kubokunu almayıb. Yalnız 1995-ci ildə Hindistanda keçirilən yarışda kuboka yiyələnib.
Güney azərbaycanlıların klublarına sevgisi yalınz onun oyunlarını izləməklə başa çatmır. Oyun zamanı «Traktor» fanatlarının (tərəfdarlarının) milli duyğuları da dilə gəlir- «Türk dilində mədrəsə, olmalıdır hər kəsə!», «Bakı-Təbriz-Ankara…!», «Azərbaycan var olsun, düşmənləri kor olsun!»
İranın başqa bölgələrində türk olmayanlar klubun tərəfdarlarına qarşı təhqiredici şüarlar da səsləndirdilər. Bu səbəbdən «Traktor» azarkeşləri İranın Futbol Federasiyasını irqçilikdə suçlayaraq, FİFA-nın prezidentinə müraciət də etdilər: «Hörmətli Prezident!
Biz müraciəti imzalayanlar, İran İslam Respublikasının futbol üzrə super liqasında baş verən irqçi siyasətin qaldarılması yönündə bizə yardımçı olmağınızı xahiş edirik.
İran İslam Respublikası futbol meydanlarının irqçi amaclar üçün istifadə edilməsinin qarşısını almaq və İran Futbol Federasiyasının irqçı qərarlar verməməsi, habelə daha adil olması hər bir humanist (insane) bir insanın arzusudur...Biz inanırıq kı, idmanin ruhu və fəlsəfəsi bir daha insanlarımızı dostulqla bərabəliyə səsləyəcək...»
«Traktor»un az qala hər oyunun sevgi ilə izlənməsini bəzən hakimiyyətin «qısqaclığı»na səbəb oldu. Hakimiyyət klubun oyunu ilə bağlı afişaların yapşdırılmasına əngəl törətdi.
Tehranda keçirilən oyunlar zamanı Təbriz klubunun azarkeşləri ilə polis arasında olaylar da baş verdi. Buna səbəb kimi «traktorçu»ların «qonaq» olduqları meydanlarda tərəfkeşlərinə ayrılan limitin azlığı göstərildi. Ancaq müşahidəçilərin sözlərinə əsasən, bu qarşıdurmanın yaranmasının başlıca səbəbi «traktorçulara» qarşı hakimiyyət təmsilçilərinin, eləcə də Tehranı təmsil edən klubların məşqçi və ya oyunçularının Azərbaycan türklərinə qarşı (ifadəyə görə üzr istəyirik) tərbiyəsiz davranışı oldu. Təbrizlilərin komandasını dəstəkləyən şüarları polis stadiondan çıxırdır və s. hakimiyyət təmsilçilərinin belə davranışı azərbaycanlı tamaşaçıların təbii olaraq, «Yaşasın Azərbaycan!» şüarının səsləndirməsinə də səbəb olurdu.
Məsələn ötənlərdə «Traktor»çuların afişa və şüralarını Azərbaycan türkcəsində çap edən «Afiyət» və «Nigar» mətbəələri (çapxanaları) qapadılmışdı.
Güney Azərbaycan türklərinin «Traktor»a belə azarkeşliyi təbii qəbul edilməlidir. Çünki bu dinc və mədəni aksiyadır. Burada siyasi rəng yoxdur. Hakimiyyət çeşidli bəhanlərlə futbol oyununa azarkeşlikdən «siyasi şou» düzəldərək, Azərbaycan türklərinə qarşı basqılar artırmaq çalışırdı.
«Traktor»la bağlı emosianal duruma nəzarət etmək üçün Tehran hakimiyyəti bu komanda ilə istədiyi kimi davranır. Andranik Teymuryan adlı erməninin kluba gətrilməsi
bunu təsdiqləyən faktlardandır.
Xatırladaq ki, ötən ilin payızında kluba gəirilən A.Teymuryan «Traktor»a gəlişini komandanın azarkeşlərinin çoxluğu və coşqulğu ilə əlaqləndirmişdi: «Mən başqa klublarla da müzakirələr aparırdım., ancaq onlarla razılığa gələ bilmədim. «Traktor» isə mənim şərtlərimi qəbul etdi. Mən bu kuba oyanacağımdan mənunam… ».O, İran İslam Respublikasının vətəndaşıdır.
Göründüyü kimi Tehran hakimiyyəti Güney Azərbaycan türklərinin milli istəklərini yalnız nəzarət altında, qapalı bir yerdə, stadionda söylənməsinə nail olub. Onların səsləndirdikləri şüarları özlərindən başqa kimsə eşitmir. Bu durum Tehrana sərf edir. Çünki «Traktor»un tərəfdarları oyun zamanı daha sərbəst olurlar. Heç şübhəsiz hakimiyyətin uyğun qurumları üçün də stadiondan seyrçiləri izləmək daha asandır.
Ehtimal etmək olar ki, hakimiyyət bu yolla Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyən potensial qüvvələri də futbol meydanına bu üsulla cəmləyə bilir. Emosional durumda isə tərəfdarlar özlərini daha sərbəst hiss ediklərindən istəklərini açıq şəkildə bəyan edirlər.
İran rəhbərliyi Güney Azərbaycan türklərinin aşıb-daşan etirazını (aşıb daşan qazanın qapağını bir qədər dır qoymaqla oradakı əlavə enerjini çıxarmaq mümkündür) stadion variantı ilə azaldır.
Çoxları «Traktor»u İspaniyadakı baskların «Barselona»sı kimi də təqimd edir. Bununla müəyyən mənada razılaşmaq da olar. Çünki klubun oyunçuları İspaniyanın yığma komandasında bu ölkənin şərəfini qoruyur və s. Düzdür, klub baskların varlığını dünyaya çatdırmaqda önəmli rol oynayır, ancaq milli hədəflərə çatmaqda «Barselona» nə qədər güclü olsa da, bunu əldə edə bilmir. Futbolda milli hisslər nə dərəcədə cuşa gəlsə də, yenə də əyləncə olaraq, qalmaqdadır. Başqa bir tərəfdən baskların «Barsa»sının səsi dünyanın hər yerindən gəlir. Amma Təbrizin «Traktor»unun səsi heç Azərbaycan Respublikasının «İdman kanalı»ndan belə eşidilmir.
Heç şübhəsiz orada erməni oynasa belə «Traktor»un uğuruna sevinirik.Bununla belə milli haqların təminin Təbrizin Səhənd adına stadionda baş tutacağı ağlabatan görünmür...
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu